Əsas Səhifə > Partiya > İSLAM PARTİYASI SEÇKİLƏRLƏ BAĞLI BƏYANAT YAYDI

İSLAM PARTİYASI SEÇKİLƏRLƏ BAĞLI BƏYANAT YAYDI


27-03-2013, 11:22
İSLAM PARTİYASI SEÇKİLƏRLƏ BAĞLI BƏYANAT YAYDI
DİA.AZ: - Azərbaycan İslam Partiyası (AİP) bu il keçiriləcək Prezident seçkisi ilə bağlı bəyanat yayıb.

Partiyanın mətbuat xidmətindən DİA.AZ-a verilən məlumata görə, bəyanatda deyilir:

"2013-cü il Azərbaycan xalqının taleyində həlledici prezident seçkisi ilidir. AİP geniş sosial bazasından müsəlman xalqımızın möhkəm iradə və sağlam əqidə gücündən səmərəli istifadə etməklə sarsıntılarla dolu ictimai həyatda köklü dönüş yaratmağı qarşıya məqsəd qoyub. Hesab edirik ki, hər hansı bir xalqın məxsus olduğu dövlətin dayanıqlı olması üçün mühüm şərtlərdən olan milli təfəkkür və xalqın dini əqidəsidir. Məqsədimiz bu amillərin zahiri görüntüləri ilə deyil, real əməllər və əxlaqi keyfiyyətlərdə öz əksini tapmasına nail olmaqdır".

Bəyanatda daha sonra bildirilir ki, bu, xalqın seçəcəyi dövlət başçısı üzərində və dövlətin xalq üzərində haqqının ləyaqətlə, yüksək əxlaqi keyfiyyətlərlə yerinə yetirilməsinin vacibliyidir: "Hesab edirik ki, xalqın rəhbər, rəhbərin xalq üzərində haqqı yerinə yetirilərsə, hər kəsin haqqı izzət tapacaq, ədalət, əxlaq nişanələri bərpa olunar, qanunlar düzgün icra ediləcək. Torpaqlarımız işğal altındadır. Cəmiyyətimizdə isə obyektiv olan danışanlar, nöqsanları tənqid edənlər həbsə alınır. Düşmənə qarşı əndazəsiz səbr, imanlı insanlara, mənəvi keyfiyyətlərin daşıyıcılarına qarşı isə dözümsüzlük göstərilir. Bu ziddiyyəti yalnız əxlaqlı və ədalətli seçki keçirməklə aradan qaldırmaq olar".

Qeyd olunub ki, bu gün Azərbaycan cəmiyyətində, xalqımızın övladları arasında rəhbər seçimini kənar qüvvələr aparmaq istəyir. AİP-in Prezident seçkilərinə qatılmaqda məqsəd və məramı cəmiyyətimizə yaxşı işləri təbliğ və təlim etmək, pislərdən onu uzaqlaşdırmaq və onları tərk etdirməkdir.

Geri qayıt