Əsas Səhifə > Dünya > ERMƏNİSTANDA 38 YAŞLI GƏNC NAZİR OLA BİLƏR

ERMƏNİSTANDA 38 YAŞLI GƏNC NAZİR OLA BİLƏR


27-03-2013, 11:44
ERMƏNİSTANDA 38 YAŞLI GƏNC NAZİR OLA BİLƏR
NALBANDYAN SƏFİR GEDİR

Ermənistanın hazırki xarici işlər naziri Edvard Nalbandyan öz postunu tərk edərək Ermənsitanın Fransadakı səfiri vəzifəsinə getmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Novosti Armenia" "Avanqard" qəzetinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Ermənistan XİN-in rəhbəri vəzivəsini Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyan tutacaq.
Yazıda qeyd olunub ki, Viqen Sarkisyan prespektivli xadim hesab olunduğundan onun namizədliyi çoxları üçün münasibdir.
"1975-ci ildə anadan olan Sarkisyan ciddi karyera yolunu keçməyə imkan tapıb və əhəmiyyətli təhsil alıb", qəzet yazır.

Geri qayıt