Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏ TƏHLÜKƏLİ ŞƏHƏRƏ ÇEVRİLİR

GƏNCƏ TƏHLÜKƏLİ ŞƏHƏRƏ ÇEVRİLİR


1-12-2011, 11:37
GƏNCƏ TƏHLÜKƏLİ ŞƏHƏRƏ ÇEVRİLİR

ELDAR ƏZİZOVUN ƏKDİKLƏRİN İRAN AGENTURASI BİÇİR

DİA.AZ: - Gəncənin başçılıq etdiyi dövrdə Eldar Əzizovun törətdiyi əməllər böyük ictimai qınağa səbəb olmuşdu. Çünki hacıbalaabutalıbovsayağı «islahatları» ilə Gəncəni viran qoyan Sumqayıtın hazırki rəhbəri bu qədim şəhərimizdə qədim tarixi abidələri, o cümlədən mint illərlə yaşı olan kəhrizləri, Gəncənin təbii kanalizasiya sistemini darmadağın etdi.

Qeyd edək ki, Eldar Əzizovun bu fəaliyyəti barədə dövrü mətbuatda yetərincə faktlar açıqlansa da, onu nəinki cəzalandıran tapılmadı, əksinə Eldar Əzizov Sumqayıta icra başçısı göndərildi. Bu isə o demək idi ki, Eldar Əzizov etdiklərinin müqabilində mükafatlandırıldı.

Eldar Əzizovun Gəncəyə vurduğu ən böyük zərbə isə bu qədim türk şəhərinin son illər ərzində İran agenturasının az qala mərkəzinə çevrilməsinə yaradılan şərait oldu. Hər halda, ilk rəhbərlik dönəmində Gəncədə süni şəkildə sünni-şiə problemi yaradan və sonradan yerli əhalisi şiə olan gəncəlilərin İrana meyillənməsinə nədən olan Eldar Əzizovun bu dövləti cinayətinin nəticəsində ortaya çıxan mənzərə Azərbaycan dövlətinin milli təhlükəsizlik maraqları baxımından ən dəhşətli həddə çatıb - desək, yanılmarıq.

Elə buna görədir ki, bu gün Gəncədə İran agenturası və iranmeyilli qüvvələr özlərini çox rahat hiss edirlər. Onu da qeyd edək ki, cəbhə bölgəsinə yaxın olması səbəbindən bu strateji şəhərimiz həm də düşmən Ermənistanın maraq dairəsində olub və günü bu gün də var. Hətta 1998-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Nzirliyi Gəncədə Ermənistanın böyük agentura şəbəkəsini ifşa etmişdi. Nəticədə onlarla adam həbs olundu. Lakin həmin şəxslərdən bəzilərinin sonradan azadlığa çıxdığı da məlum oldu. Və o da maraqlı idi ki, bu əməliyyatı həyata keçirən MTN-nin əməkdaşı sonradan cəzalandırıldı. Bu fakt isə günü bu gün də sirli olaraq qalmaqdadır. Çünki həmin erməni agenturası müharibə dövründə də ciddi fəaliyyət göstərərək Azərbaycanın hərbi sirrlərini Ermənistanın xüsusi xidmət orqanlarına ötürdüyü halda, bu əməliyyatı həyata keçirən MTN-çinin cəzalandırılması kifayət qədər şübhəli idi.

Redaksiyamızın elektron poçtuna ötürülən məlumatlardan isə aydın olur ki, bu gün Gəncədəki İran şəbəkəsi vasitəsilə düşmən Ermənistan yenə də özünə gərəkən bilgiləri toplayacaq imkandadır. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) verilən məlumatlarda deyilir:

«İran kəşfiyyatı bu gün regionda Ermənistanın xüsusi xidmət orqanlarının əsas partnyorudur. Fars-molla rejimi bunu onunla əsslandırır ki, Azərbaycan kəşfiyyatı da İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Və bu da rəsmi Tehranın Azərbaycana cavab reaksiyasıdır. Bu gün isə İran agenturası Azərbaycanda kifayət qədər ciddi dayaqlara malikdir və belə bir şəbəkənin Ermənistanın xeyrinə çalışması ölkəmiz üçün çox təhlükəlidir».

Mənbəmiz bildirir ki, bu gün Gəncədə İranla əməkdaşlığa cəlb olunmuş vətəndaşlarımız özləri də bilmədən bu şəbəkənin toruna düşüblər: «Təbii ki, buna «dur» deyilməlidir. Vətəndaşlarımızın inancından istifadə edilir və onlar öz ölkələrinin düşməninə çevriləcək həddə çatdırılırlar».

Mövzu diqqətimizdədir. Və yaxın günlərdə real faktları diqqətinizə çatdıracağıq. Bizi izləyin…


Geri qayıt