Əsas Səhifə > Cəmiyyət, Manşet > ARDNŞ ŞEFİNİN AVROPADAKI “DÜŞMƏNİ” HƏDƏFDƏ
ARDNŞ ŞEFİNİN AVROPADAKI “DÜŞMƏNİ” HƏDƏFDƏ27-03-2013, 14:51 |
SİYASİ MÜHACİRİ AVROPADA DA DİNC BURAXMIRLAR DİA.AZ: - Bir neçə müddət bundan öncə hakimiyyət orqanları tərəfindən Avropada yaşayan, ictimai aktiv Surxan Lətifovun əlaqələrinin araşdırılması barədə məlumat verilmişdi. DİA.AZ-a bu barədə daxil olan son məlumatlardan isə aydın olur ki, bir zamanlar AXCP sıralarında təmsil olunmuş, sonradan isə Avropaya sığınmaq zorunda qalmış Surxan Lətifovun təqibi indi də davam etməkdədir. Əldə etdiyimiz son məlumatlara əsasən artıq S.Lətifov rəsmən hüquq-mühafizə orqanlarına dəvət olunub. Bu barədə DİA.AZ-a danışan mənbənin söylədikləri: “Lakin, məsələnin tam mahiyyəti hələ məlum olmadığı üçün bu barədə geniş informasiya vermək mümkün deyil. Çox güman ki, bu çağırış onun Avropada göstərdiyi fəaliyyətlə əlaqədardır. Belə ki o, Avropada Azərbaycanda insan haqlarının pozulmasına və korrupsiya əleyhinə təşkil edilmiş mitinq və piketlərin əsas təşkilatçılarından biridir”. Tezliklə məsələnin tam mahiyyətini araşdırmaq üçün S.Lətifovla əlaqə saxlanılaraq onun bu məsləyə münasibəti də öyrəniləcək. Onu da qeyd edək ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə qarşı Avropada aksiyaların təşkilində də Surxan Lətifov xüsusi fəallıq etdiyindən ona qarşı təqibin də arxasında ARDNŞ şefindən gələn sifarişin durduğu ehtimal olunur. Geri qayıt |