Əsas Səhifə > Sosial, Manşet > “UNİBANK” ƏHALİNİN ƏMLAKINI NECƏ TALAN EDİR?
“UNİBANK” ƏHALİNİN ƏMLAKINI NECƏ TALAN EDİR?27-03-2013, 15:54 |
“Əmlak İstisaslaşdırılmış Hərrac Mərkəzi” 75 min qiyməti olan evi 26 minə mənimsəmək istəyib DİA.AZ: - Cəlilabad şəhəri, Tomrus küçəsi, ev 17 ünvanında yaşayan Adıgözəlova Gülşənin adından DİA.AZ-a yeni şikayət məktubu ünvanlanıb. Həmin məktubu olduğu kimi diqqətinizə təqdim edirik: “Yazıb sizə bildirirəm ki, “Əmlak İstisaslaşdırılmış Hərrac Mərkəzi” adlı qondarma Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) bizim iştirakımız olmadan evimizi hərraca qoyaraq 3 qat aşağı qiymətə satışa çıxarmışdır. Həmin sənədi sizə, dövlət orqanlarına göndəririk ki, araşdırasınız, görəsiniz ki, Azərbaycanda hansı oyunlar gedir, əhalinin başına nə müsibətlər gətirirlər, zor-xoş evini əlindən alıb sahiblənmək istəyənlər kimlərdir. 9 nəfər adamın, ailə-uşağın qeydiyyatda olduğu dədə-baba evi onlardan xəbərsiz hansısa küçədənkeçmə bir MMC tərəfindən hərraca çıxarılır, heç birinin qolu-imzası olmadan guya satılır. Bu saxta kağız ilə bizə psixoloji təsir göstərmək istəyirlər ki evimizdən xoşluqla əl çəkək, çünki Unibankda evimiz girovdadır, bu bank bizə 50 faizlik (!) kredit verib, reketsayağı sayğac qoşaraq ödədiyimiz pulları da faizə çıxıb. Unibank adlı ASC çalışır ki, 75 min qiyməti olan evimizi 26700 qiymətilə öz ixtiyarına keçsin. Yüzlərlə evi “Unibank” bu yollarla ələ keçirdib, heç bir qanuni əsası olmadan kimsəsiz-adamsız ailələri küçəyə töküb. Mən indi sizə yazılı elektron müraciət edirəm, 25 yanvar 2013-cü il tarixdə qondarma protokolu isə araşdırmaq üçün sizə poçtla və ərizəmlə göndərirəm. Xahiş edirəm ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC-nın Hərracın yekunları barədə saxta Y-875 nömrəli protokolunu araşdırın. Niyə görə qanunsuz olaraq bu MMC bizim iştirakımız olmadan hərrac keçirib? “Unibank”ın nümayəndələri yalandan deyəcək ki, guya bizə çağırış vərəqəsi göndərilib, guya biz, yəni o evdə pasport qeydiyyatında olan vətəndaşlar gəlməmişik. Amma hamısı yalandır. Qanunla 3 dəfə çağırış vərəqəsi göndərilməliydi, əgər gəlməsəydik hansısa tədbiri keçirmək olardı. Gətirsinlər, poçt kağızlarını göstərsinlər, hara biz qol çəkmişik. Bu adamlar elə özlərinə arxayındırlar ki, hətta çağırış vərəqələrini də saxtalaşdıra bilərlər. Amma bir iş var ki, orda bizim imzalarımızı saxtalaşdıra bilməzlər. Hərrac guya 14 may 2012-ci il, saat 11-də keçirilib, amma necə olur ki, biz o hərracın yekunları barədə 2013-cü ilin 14 yanvarında xəbər tuturuq? Çox qəribədir. Əslində isə 14 may 2012-ci ildə heç bir hərrac-zad keçirilməyib, sadəcə Unibank bizim onlarda girov olan evimizi ələ keçirə bilmədiyini görüb bu cür ucuz yola əl atıb. Onlar bilməlidirlər ki, biz öz evimizdən əl çəkməyəcəyik, dəbə-baba evimizi onlara vermək fikrimiz yoxdur, bizi başqaları ilə qarışdırmasınlar. Əgər dövlət orqanlarını pulla almaqlarını düşünürlərsə, xarici dövlətlərə müraciət edəcəyik, daha adekvat addımlara gedəcəyik. Təəssüf edirik ki, Suraxanı rayon Məhkəməsinin İcra Şöbəsi onlara dəstək olur. Suraxanı rayon Məhkəməsinin İcra şöbəsinin nə haqla, hansı əsasla bu protokolda adı hallandırılıb? Sadəcə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC Unibank ASC-nin öz qondarma bufer zonasıdır, bu təşkilatın saxta kağızları ilə vətəndaşların onlarla evini əlindən alıblar. Bu cür çirkin oyunlara son qoymaq lazımdır. M.Müşfiq küçəsi, №2A ünvanda yerləşən həmin MMC-nin fəaliyyəti araşdırılmalıdır. Sizə göndərilən bu sənədlərdə heç bir dövlət idarəsinin möhürü, peçatı yoxdur. Hamısı MMC, ASC kimi xırda QHT peçatlarıdır. Məgər Dövlət orqanlarının möhürü olmadan hansısa vətəndaşın evi əlindən alına bilərmi? Azərbaycanin yarısı özünə QHT açıb, onda gərək hərə əlinə bir peçat götürüb xalqın mal-mülkünün müsadirəsinə başlasın. Orta əstlərdə qaçaq-quldurlar tüfəng-bıçaqla əhalinin malını əlindən alırdı, indiki zəmanədə isə Unibank kimi ASC-lər öz peçatları ilə xalq qorxuzub malını mənimsəyirlər. Ayıbdır, belə hallar ancaq Azərbaycanda baş verə bilər. Oyuncaq qurumlar əlbir olub xalqa min cür kombinasiyalar qurur, belə neqativ hallara qarşı reaksiya vermək lazımdır. Bizə tələb edirik ki, dövlət sələmçi başkəsənləri yox, bizi müdafiə etsin. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC M.Müşfiq küçəsi, №2A ünvanda yerləşir. Bu MMC vasitəsilə Unibank çoxlu evləri qanunsuz olaraq ələ keçirib. Unibank-ın Problemli Məsələlər üzrə Şöbəsinin işçilərinin hərəsinin 10-a yaxın evi və maşını var. Xahiş edirəm ki, Milli Təhlükəsizlik Nazirliyi bu məsələni araşdırsın. Kütləvi şəkildə xalqın evlərini əlindən almaqla məşğuldurlar, niyə bu genosidi dayandırmırsınız? Rusların, Sovetlərin bizə verdiyi evlər Amerikan bankçılığı tərəfindən yenidən əlimizdən alınır. Azərbaycan tarixinin ən qara səhifələri yazılır, xalq qara günlər yaşayır. 75 min qiyməti olan ev necə 26 minə adamın əlindən alına bilər? Xahiş edirik ki, Hüquq-mühafizə orqanları sənədə hüquqi qiymət versinlər. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC kimdir ki, hərrac keçirsin və vətəndaşın iştirakı olmadan evini tutub əlindən alsın? Hansı qanunvericilikdə bu yazılıb? Dövlət qanunları bəyəm bunlarçün deyil? Öz aləmlərində yaşayırlar, amma başa düşmürlər ki, pul hər şeyi həll etmir. Bu sənədi xahiş edirik araşdırın, niyə evdə 9 nəfər vətəndaş yaşaya-yaşaya, heç birinin iştirakı, razılığı, imzası olmadan 75 minlik ev hərraca çıxarılır, 26 minə satılır? Sonra da bu sənədi gözümüzə soxub deyirlər ki, vəssalam, ev artıq bizimdir! Azərbaycan Qanunvericiliyinə görə, vətəndaşın özü olmaya-olmaya onun evi hərraca çıxarıla bilməz. Xahiş edirik ki, cinayət işi açılsın və MMC M.Müşfiq küçəsi, №2A ünvanla yerləşən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC-nin bu və digər saxta əməlləri araşdırılsın”. Geri qayıt |