Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ NAZİRDƏN XƏBƏR VAR

KEÇMİŞ NAZİRDƏN XƏBƏR VAR


1-12-2011, 11:59
KEÇMİŞ NAZİRDƏN XƏBƏR VAR

HƏBSDƏ SAXLANILAN ƏLİ İNSANOVUN SƏHHƏTİNDƏ PROBLEM VAR

2005-ci ilin 17 oktyabr hadisələri zamanı məhbəsə atılan keçmiş səhiyyə naziri Əli İnsanovun sağlıq durumunda yenidən problemlər yaranıb. Bu barədə məlumatı «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) kabinetindəcə qolları qandallanan sabiq nazirin yaxınları veriblər.

Onların bildirdiklərindən belə aydın olur ki, Əli İnsanov bel fıtığından əziyyət çəkir: «Həbsinin ilk günlərində də nazir eyni şikayətlə ədliyyə orqanlarının rəhbərliyinə müraciət etmişdi. Və o zaman müəyyən tibbi müdaxilə olsa da, keçmiş nazirin köklü şəkildə müalicəsi təşkil olunmadı».

Mənbəyə görə, son günlər havaların soyuq keçməsi və Əli İnsanovun saxlanma şəraitinin heç də münasib olmaması nəticədə yenidən eyni xəstəliyin bu dəfə şiddətli formada baş qaldırmasına nədən olub.

Onu da qeyd edək ki, keçmiş səhiyyə naziri Əli İnsanov bir müddət əvvəl ağrılarının şiddətlənməsi səbəbindən Ədliyyə Nazirliyi Müalicə Müəssisəsinə köçürülmüşdü.

Qeyd edək ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycanın sabiq səhiyyə naziri Ə. İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul etmişdi.


Geri qayıt