Əsas Səhifə > Güney Press, Üçüncü sektor > PRİMADONNAMIZ FIRILDAQDA İTTİHAM OLUNDU

PRİMADONNAMIZ FIRILDAQDA İTTİHAM OLUNDU


28-03-2013, 10:20
PRİMADONNAMIZ FIRILDAQDA İTTİHAM OLUNDU
"35 MİN ABŞ DOLLARI BORC VERDİM"

“Qafqazinfo”nun elektron poçtuna ilhamə Quliyeva ilə bağlı Moskvada yaşayan Ümumrusiya Azərbaycanlılar konqresinin sədri Mirəşrəf Fətiyevdən açıqlama daxil olub.

M. Fətiyevin açıqlamasında bildirilir ki, təxminən 2007-ci lldə İlhamə Quliyeva evində təmir işləri aparmaq adı ilə ondan 35 min ABŞ dolları alıb. Lakin bu günə qədər həmin pulları müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırıb. Mirəşrəf Fətiyevin bildirdiyinə görə İlhamə Quliyeva təxminən beş il bundan əvvəl Moskvada olarkən ona müraciət edərək bildirib ki, maddi vəziyyətinin ağırlığı üzündən öz mənzilini təmir etdirə bilmir: «Mən də bir Azərbaycanlı kimi ona 35 min ABŞ dolları borc verdim. İlhamə bildirdi ki, bir iki ay ərzində həmin pulları qaytaracaq. Həmin müddət keçdikdən sonra İlhamə əvvəlcə anasının xəstə olmasını, sonra isə onun vəfat etməsini bəhanə gətirərək borc aldığı pulları qaytarmırdı. Mən də onun bəhanələrinə inandığım üçün ilk vaxtlar onu tələsdirmirdim. Bir müddət sonra bunların bir bəhanə olduğunu başa düşdüm. Çünki, İlhamə təxminən bir ildən sonra mənim telefon zənglərimə cavab verməkdən və mənimlə görüşlərdən yayınır, qaçıb gizlənirdi. Mən dövlətimizin və xalqımızın yolunda milyonlar da xərcləməyə hazıram və buna qadirəm. Ancaq xalq artisti adını daşıyan bir şəxsin belə hərəkətlərini heç vaxt bağışdamaram. Hamının nəzərinə çatdırıram ki, bu məsələnin qanuni yolla həlli üçün yaxın vaxtlarda Azərbaycana gələrək məhkəməyə müraciət edəcəyəm”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt