Əsas Səhifə > Partiya > RƏSUL QULİYEVDƏN BAKIDAKI MÜXALİFƏTƏ İTTİHAMLAR

RƏSUL QULİYEVDƏN BAKIDAKI MÜXALİFƏTƏ İTTİHAMLAR


28-03-2013, 10:23
RƏSUL QULİYEVDƏN BAKIDAKI MÜXALİFƏTƏ İTTİHAMLAR
"BAKIDA OTURUB, NEYLƏMİSİNİZ Kİ?"

Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev müxalifət nümayəndələrini onun barəsində səslədirdikləri fikirlərə görə sərt tənqid edib. Modern.az-ın məlumatına görə, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın “xaricdə oturub müxalifətçilik edir” fikrinə münasibət bildirən ACP lideri daxili müxalifəti fəaliyyətsizlikdə ittiham edib.

“Siz özünüz daxildə oturub hansı işləri görmüsünüz ki?”

“Vidadi Mirkamalın abstrakt “xaricdə oturub müxalifətçilik etmək asandır” iddiasına “hörmətli Vidadi müəllim, daxildə oturub müxalifətçilik etməmək ondan da asandır” deyərdim. Mənim seçkilərdə iştirak etməyimin eynən hökümətin Konstitusiya Məhkəməsinin üzvüləri kimi hüquqi tərəfini axtarmaq istəyən Vidadi müəllimə demək istəyirəm: hörmətli müəllim, 2005-ci ildə mən parlament seçkilərində iştirak etmişəm, ondan sonra mənim hansı statusum dəyişib ki, prezident seçkilərində iştirakım hüquqi şübhə altına alına?”.

R.Quliyev daha sonra siyasi imicinin aşağı düşməsi ilə bağlı Vidadi Mirkamalın səsləndirdiyi iddiaya cavab verib. Eks-spiker İP rəsmisinin dediklərinin qeyri-ciddi olduğunu bildirərək, V.Mirkamalı iddialarını sübut etməyə çağırıb.

“Mənim xaricdə yaşamağım siyasi imicimi dəhşətli aşağı salıb? Kiminlə müqayisədə? Mümkünsə bir neçə ad yazasınız. Camaat da bilsin ki, kimlərin imici bu gün yuxarıdır. Mən xaricdəyəm, siz Azərbaycanın içərisində rejimlə mübarizə aparan bir şəxs, doğrudan özünüzün dediklərinizə inanırsınız və bu dediklərinizi faktlarla sübut edə bilərsiniz? Vidadi müəllimlə mən söhbət etmişəm, o söhbət zamanı daha sərt fikirlər səsləndirmişdim, ancaq nədənsə onda bu fikirlər Vidadi müəllimdə belə asossiasiya verməmişdi”-deyə ACP lideri vurğulayıb.

“Xalq nə vaxt aktivləşəcək, onda da legitim seçki olacaq...”

Milli Məclisin sabiq sədri AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da bostanında daş atıb.

“Fuad Qəhrəmanlı mənim aktivləşməyimə skeptik yanaşır və qeyd edir ki, seçkilərin legitimliyi ayrı-ayrı şəxslərin yox, xalqın aktivləşməyindən asılı olacaqdır. Bu cümlənin nə məna daşıdığını anlamaq qeyri-mümkündür. Birincisi, deməli ayrı-ayrı şəxslərin və camaatın bir-birləri ilə əlaqəsi yoxdur. Onlar separat şəkildə aktivləşməlidir. İkincisi, ayrı ayrı şəxslər, ümumiyyətlə aktivləşməyə bilər gözləməlidir, xalq nə vaxt aktivləşəcək onda da leqitim seçki olacaq. Düzü indiyə qədər mən düşünürdüm ki, ayrı-ayrı şəxslərin aktivliyi olmasa, xalqın aktivləşməsi ancaq xaotik ola bilər, o da legitim seçkilərə gətirib çıxara bilməz. Ola bilər Azərbaycanda bu teoriya işləmir, mən həyatdan geri qalmışam. Axı doğrudan da mən dünyanın proqressiv ölkələrinə başçılıq edən Azərbaycanda artıq 17 ildir yaşamıram”-deyə R.Quliyev ironik şəkildə qeyd edib.

Geri qayıt