Əsas Səhifə > Partiya > KXCP TÜRK ŞƏHİDLİYİNİ ZİYARƏT EDƏCƏK

KXCP TÜRK ŞƏHİDLİYİNİ ZİYARƏT EDƏCƏK


28-03-2013, 10:26
KXCP TÜRK ŞƏHİDLİYİNİ ZİYARƏT EDƏCƏK
DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə DİA.AZ-a partiyadan məlumat verilib.

Xəbərdə bildirilir ki, KXCP İdarə Heyəti iclasında - qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Qərarların icrası ilə bağlı müzakirələr zamanı deyilənlər nəzərə alınıb.

KXCP İH iclasında 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar saat 10:30-da Bakıdaki Türk Şəhitliyini ziyarət etmək qərarlaşdırılıb.

İH iclasında KXCP-nin rayon/şəhər şöbələrinin məclis yığıncaqlarının keçirilməsi ilə bağlı verilən məlumatlar dinlənilərək müvafiq qərarlar qəbul edilib.

KXCP İH – müvafiq dövlət qurumlarından öllkədəki problemlərin həlli üçün ciddi addımlar ataraq vətəndaşlar arasında yaranmış gərginliyi azaltmağı tələb edir, hakimiyyət strukturları tərəfindən yerli və beynəlxalq QHT-lərin sıxışdırılması və ləkələnməsi kampaniyasını qətiyyətlə pisləyir və hakimiyyəti bu hərəkətlərə təcili son verməyə çağırır!

Geri qayıt