Əsas Səhifə > Güney Press, Araşdırma > RAMİZ MEHDİYEV YENİ DEPUTAT SİYAHISI TUTUR

RAMİZ MEHDİYEV YENİ DEPUTAT SİYAHISI TUTUR


28-03-2013, 10:45
RAMİZ MEHDİYEV YENİ DEPUTAT SİYAHISI TUTUR
PA-NIN SİYAHISINDA KİMLƏR VAR?

Ölkə gündəmi hər nə qədər video qalmaqalı, əsgər ölümlərinə fokuslansa da, Azərbaycanın bir nömrəli siyasi hadisəsi daim diqqətdədir. Söhbət oktyabrda reallaşacaq prezident seçkisindən gedir.
Prezident İlham Əliyevin son müşavirədəki çıxışı uzun müddətdir mətbuatın da diqqətində olan kadr dəyişiklikləri məsələsini yenidən aktuallaşdırdı. Təsadüfi deyil ki, İsmayıllı olayları və bunun ardınca baş tutan müşavirədən dərhal sonra bir çox rayonların icra başçılarının, eləcə də bəzi nazirlərin istefaya göndəriləcəyi deyilsə də, ölkə rəhbərliyi bu prosesi seçkidən sonrakı dövrədək uzatmaq qərarına gəldi və nəzərləri yenidən seçkiyə yönəltdi. İndi hər kəs prezident seçkisindən sonrakı Azərbaycanın siyasi mənzərəsini təsəvvür etməyə, bu barədə ehtimallar sürməyə meyllidir. Ara-sıra mediaya sızan informasiyalar da bu ehtimalın reallaşacağına inamı artırır.
Hakimiyyət daxilindəki mənbədən Bizimxeber.az-a verilən məlumata görə, həqiqətən də Administrasiyada seçki sonrası kadr dəyişikliklərinin mümkünlüyü istisna edilmir. Mənbə bildirir ki, prezident seçkisindən dərhal sonra parlamentin də buraxılması planlaşdırılır. Gülər Əhmədova hadisəsində müxtəlif yollarla parlamentə düşən deputatların mövcuduluğu ortaya çıxdıqdan sonra, hakimiyyət bunun qarşısını almaq niyyətindədir.
Mənbənin sözlərinə görə, bu məqsədlə hazırda məhz müxtəlif vasitələrdən istifadə edərək parlamentdə oturan və gələcəkdə eyni yolla deputat mandatı ala biləcək şəxslərin siyahısı hazırlanır. Həmin siyahı ölkənin imicinə zərər vuran bu cür halların qarşısını almaq məqsədi daşıyır. Bildirilir ki, bu yolda ilk addım parlamentin buraxılması olacaq.
Siyahıda kifayət qədər yüksək nüfuzu olan siyasilərin, xüsusən də bizneslə məşul olan deputatların və ayrı-ayrı məmur qohumlarının adı var.

Geri qayıt