Əsas Səhifə > Güney Press, Araşdırma > TOVUZDA UNİKAL VƏZİFƏ BAZARLIĞI

TOVUZDA UNİKAL VƏZİFƏ BAZARLIĞI


29-03-2013, 10:49
TOVUZDA UNİKAL VƏZİFƏ BAZARLIĞI
PULUN QALIĞI YERİNƏ VƏZİFƏ ALDI

2010-cu ildə keçirilmiş parlament seçkilərində deputatlığa namizəd olmuş Validə Hüseynova ilə bağlı maraqlı məlumat üzə çıxıb. Bolgexeber.com-a verilən məlumatda deyilir ki, Tovuz rayonundan deputatlığa namizəd olmuş sözügedən şəxs mandat əldə edə biləcəyinə inandırılıb.
Mənbənin iddiasına görə, Validə Hüseynovadan hətta bunun müqabilində pul da alınıb. Belə ki, Tovuzun icra başçısı Tofiq Zeynalov onu inandırıb ki, əgər müəyyən qədər pul verərsə, o zaman mandat sahibi ola bilər. Buna inanan Hüseynova da borc-xərc edərək, tələb olunan məbləği ödəyib. Lakin seçkilərdən sonra məlum olub ki, o, nəiniki deputat ola bilər, hətta verdiyi pulun belə geri qaytarılması mümkün deyil.
Məlumatda o da vurğulanır ki, Validə Hüseynova bununla əlaqədar anlaşdığı şəxslərlə danışıqlar da aparıb. Mandat sahibi ola bilmədiyi üçün pulunu geri istəyib. Amma Tofiq Zeynalov həmin pulun geri verilməsinin mümkün olmayacağını deyib. Əvəzində isə Hüseynovaya pulun qarşılığı olaraq yerli təhsil şöbəsinin müdiri vəzifəsini təklif edib. Qarşı tərəf də pulu başqa şəkildə əldə edə bilməyəcəyini görərək, bu təkliflə razılaşıb.
Son məlumatlara görə, bir vaxtlar məktəb direktoru işləmiş, hazırda isə Tovuz rayon təhsil şöbəsinin müdiri işləyən Validə Hüseynova artıq verdiyi pulları çıxarmaq üçün geniş fəaliyyətə başlayıb. Mənbənin iddiasına görə, o,Tovuzdakı bütün orta məktəb direktorlarından aylıq haqq almağa başlayıb.
Məsələ ilə bağlı araşdırmamız davam edir.

Geri qayıt