Əsas Səhifə > Cəmiyyət > İMİŞLİDƏ KARXANA ÜSYANI

İMİŞLİDƏ KARXANA ÜSYANI


29-03-2013, 13:07
İMİŞLİDƏ KARXANA ÜSYANI
KARXANA TİKİNTİSİ SAKİNLƏRİ AYAĞA QALDIRDI

İmişli şəhərinin sakinləri Araz çayı ətrafındakı otlaq sahələrdə daş karxanalarının tikilməsinə etiraz ediblər.

Bu barədə AzadlıqRadiosunun bölgə müxbiri xəbər verib.

Aksiyada 50-yə yaxın şəhər sakini iştirak edib:

«Sakinlər ərazidən örüş sahəsi kimi istifadə edirlər. Mal-qara burada otlayır. İndi də otlaq sahəsində qum-çınqıl karxanası tikilməsini istəmirlər. Ərazidə polis yoxdur. Hazırda, sakinlər İmişli Şəhər İcra Hakimiyyəti önünə doğru hərəkət edirlər».

KARXANA TİKMƏT İSTƏYƏN SAHİBKAR DEYİR Kİ...

​​«Ora 100 hektar ərazidir. Mən yalnız 3-4 hektarından istifadə edəcəm». Bunu ərazidə qum-çınqıl karxanası tikmək istəyən sahibkar Hikmət Qafarov AzadlıqRadiosuna deyib. O bildirib ki, Araz çayı ətrafındakı torpaq sahəsindən 2005-ci ildə 3-4 hektarını sənədlə alıb:
İMİŞLİDƏ KARXANA ÜSYANI
İMİŞLİDƏ KARXANA ÜSYANI

«Qanunla torpaq sahəsi əldə etmişəm. Kənd camaatının da burda torpaq sahəsi var. Ondan da əlavə 100 hektar örüş sahəsi var. Ona qarşı heç 100 inək yoxdur burda. Mən də İmişli sakiniyəm, digər sakinlər kimi torpaq sahəm var. 2005-ci ildə almışam. Özümə məxsus olan sahədə sahibkarlıqla məşgul olmaq istəyirəm. Sənədlə, qərarla iş görürəm burda. Hansısa qüvvə onları qızışdırıb salır ortalığa. Karxana işçilərindən Əli adlı şəxsi də döyüblər, indi xəstəxanaya aparılıb».

Mart ayının əvvəlində də İmişlidə eyni səbəbdən dolayı aksiya keçirilmişdi.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsinin müdiri Vüqar Məmmədov AzadlıqRadiosuna bildirmişdi ki, Araz çayının kənarında yerləşən otlaq sahəsində qum-çınqıl karxanası tikilmir. Kəndlilər əvvəlki kimi mal-qarasını həmin örüşdə otaracaq:

«Ərazidə qumun ələnməsi üçün ələk qurulacaqdı. Onu quranlar da bildirdi ki, camaat istəmirsə, biz də istəmirik».

Geri qayıt