Əsas Səhifə > Partiya > “İQTİDAR YENİ GƏRGİNLİK MƏNBƏLƏRİ YARADIR”

“İQTİDAR YENİ GƏRGİNLİK MƏNBƏLƏRİ YARADIR”


29-03-2013, 13:41
“İQTİDAR YENİ GƏRGİNLİK MƏNBƏLƏRİ YARADIR”
PARTİYADAN HAKİMİYYƏTƏ SƏRT MESAJ

DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin üzvü, tanınmış insan hüquqları müdafiəçisi Aytəkin İmranova, KXCP İdarə Heyətinin son bəyanatı ilə bağlı fikirlərini bildirdi.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, seçkiqabağı mühitin formalaşmasında vətəndaşların daha fəal olmasının zəruriliyini qeyd edən KXCP rəsmisi, xüsusilə prezident seçkilərinində bunun vacibliyini diqqətə çatdırdı. “Bütün siyasi nəzəriyyələrə gцrə seзkinin azad və ədalətli keçməsi üçün seçki günü yaradılan abu-hava seçkiyə qiymət vermək üçün yetərli deyil. Seçkiqabağı mühitin necə olması əsas amillərdən biridir” deyən KXCP şöbə sədri, ölkədə illər boyu tökülüb qalan və həlll edilməsinə cəhd belə edilməyən iqtisadi, sosial, siyasi, hüquqi, ekoloji, mədəni və s. digər məlum problemlərin gərginləşməsinin müxtəlif növ sosial aksiyaların baş verməsinə yol açdığını bildirdi.

Quba, İsmayıllı və müxtəlif bölgələrimizdə hakimiyyətin biganəliyinə və səriştəsizliyinə, insan haqlarının kobud şəkildə pozulmasına, mövcud iqtidarın qanunsuz müdaxilələrinə, əsgər ölümlərinə qarşı baş verən etirazların, əhalinin maqistral yolları kəsərək diqqəti dözülməz vəziyyətlərinə cəlb etmək cəhdlərinin, ölkədə tüğyan edən korrupsiya qalmaqalları və digər nöqsanların yaxınlaşmaqda olan ciddi sosyal partlayışın əlamətləri olduğunu qətiyyətlə vurğulayan A.İmranova, “Ölkədə daha çox ixtişaşın yaranmaması, ictimai-siyasi vəziyyətin dəyişməsi, xalq arasındaki gərginliyin azalması, vətəndaşların yaşayış problemlərinin həll olunması, sakinlərin hüquq pozuntularının qarşısının alınması, vicdan məhbuslarının azad edilməsi, mövcud idarəetmə sistemində köklü islahatların aparılması ьзьn 2013-cü il Azərbaycanda prezident seзkiləri mütləq baş tutmalıdır!” deyə fikrini bildirdi.

Hakimiyyət strukturlarının problemlərin heç olmasa bir qismini həll etməklə gərginliyi azaltmaq əvəzinə yeni-yeni gərginlik mənbələri yaratdıqlarına toxunan İmranova, bütün istiqamətlər üzrə cəmiyyətin müxtəlif sahələrinə hücumlar edildiyini, heз bir məntiqi və hüquqi əsası olmayan, gülünc ittihamlar irəli sürüldüyünü, baş verən dinc etiraz aksiyalarının dцvlət зevriliєinə cəhd kimi təqdim olunduğunu, dünyanın ən populyar qəzetlərinə qarşı cərimə sanksiyaları və məhkəmə proseslərinin təєkil edildiyini, siyası partiya, QHT və dini icmalara qarşı qanunvericiliyin sərtləєdirildiyini, yerli və beynəlxalq vətəndaş cəmiyyəti qurumlarının hədəfə götürüldüyünü dərin təəssüf hissiylə ifadə etdi.

YAP hakimiyyətinin “idarəçiliyi” dövründə bütün regionda fəaliyyət göstərən İSAR, SOROS fondunun Azərbaycan nümayəndəliyi, Beynəlxalq İnsan Haqqları Evi Şəbəkəsinin Norveз İnsan Haqları Evi nümayəndəliyi və s. kimi beynəlxalq institutların Azərbaycanda öz nümayəndəliyini bağladığını xatırladan İmranova, son bir neçə gündə isə adları ciddi korrupsiya ittihamlarında hallandırılan yüksək rütbəli rəsmi şəxslərin və hüquq mühafizə orqanlarının rəhbərlərinin ABŞ-ın Milli Demokratiya İnstitutunu hədəfə aldıqlarını ciddi narazılıqla qarşıladı.

“Ölkədə son dərəcə absurd bir vəziyyət yaranır. Belə ki, bir çox siyası məqamlarda цzьnь ABЄ-ın strateji müttəfiqi adlandıran bu hakimiyyət, bir çox siyasi münaqişələr zamanı bu ölkənin hərbi və kəşfiyyat strukturları ilə sıx əməkdaşlıq edə-edə (İRAQ, Əfqanıstan və s.) heç bir dəlil, sübut olmadan QHT-ləri gah kəєfiyyatla, gah terroristlərlə, gah da mьtəєəkkil cinayətkarlarla əməkdaşlıqda suçlayır” deyən KXCP rəsmisi, Milli Demokratiya İstitutunun ABŞ-ın ən nüfuzlu beynəlxalq qurumlarından biri olduğunu və davamlı olaraq da məhєur siyasətзilər (Olbrayt və s.) tərəfindən rəhbərlik ediliyini və heç bir qaranlıq keçmişi olmadığını, müvafiq layihələrin böyük əksəriyyətini də məhz hakim partiyanın funksionerlərinin birgə iştirakı ilə həyata keçirdiyini nəzərə çatdırdı.

“Azərbaycan hakimiyyət qurumları və ayrı-ayrı dövlət rəsmiləri isterika vəziyyətində sağa-sola hücum etməkdənsə, ölkədə yaranmış ciddi problemlərin həllinə yönəlmiş məqsədyönlü və əhliyyətli bir siyasət yürütsələr həm özləri, həm də cəmiyyət üçün daha faydalı olar. Belə düşünülməmiş və əsaslandırılmamış bəyanatlar ölkənin beynəlxalq arenada tamamilə təklənməsinə və nьfuzdan dьєməsinə gətirib зıxarar” deyə açıqlama verən Aytəkin İmranova, partiyasının hakimiyyətin yerli və beynəlxalq QHT-lərə qarşı “qara yaxma kampaniyası”nı şiddətlə qınadığını və iqtidarı bu təzyiqləri durdurmağa səslədiyini sözlərinə əlavə etdi.

Geri qayıt