Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD TƏHLÜKƏLİ BOMBA ATIB
BƏŞƏR ƏSƏD TƏHLÜKƏLİ BOMBA ATIB30-03-2013, 10:30 |
HƏLƏBƏ 2 ƏDƏD SKAD ATILDI Suriyada hökumət qüvvələri böyük bir hissəsi üsyançıların nəzarəti altında olan Hələb şəhərinə növbəti dəfə raketlərlə hücum edib. Hökumət təyyarələrindən Hələbin yaşayış məntəqələrindən birinə 2 ədəd "Skad" raketi atılıb. Bombaların atıldığı yerdə xaos yaşanıb, 10-dan çox ev tamamilə dağılıb. "Skad" bombalarının atılması nəticəsində çox sayda Hələb sakininin öldüyü və yaralandığı bildirilir. Qeyd edək ki, "skad" bombaları xeyli sayda kiçik bombalardan ibarətdir və onlar yerə düşdükdən çox sonra da partlayaraq insan tələfatına səbəb ola bilər. Geri qayıt |