Əsas Səhifə > Sosial, Manşet > MİLLİ ADƏT ƏNƏNƏYƏ GÖRƏ 11 İLLİK CƏZA ÇOX DEYLMİ?

MİLLİ ADƏT ƏNƏNƏYƏ GÖRƏ 11 İLLİK CƏZA ÇOX DEYLMİ?


30-03-2013, 13:10
MİLLİ ADƏT ƏNƏNƏYƏ GÖRƏ 11 İLLİK CƏZA ÇOX DEYLMİ?
TANIŞINA QIZ QAÇIRMAĞA KÖMƏK ETMİŞ BƏRDƏ SAKİNİ 11 İL İŞ ALIB

DİA.AZ: - Qız qaçırma Azərbaycan xalqının bir el adətidir ki, bu ənənəyə digər Şərq xalqlarında rast gəlinib. Bu vaxta qədər hansı sayda bu cür xoşbəxt ailələrin qurulmasını söyləmək də imkansızdır. Amma buna baxmayaraq, son illərdə Azərbaycanda bu adət-ənənəyə cinayət əməli hesab olunur və adam oğurluğuna bərabər tutulur. Artıq razılıqsız qız qaçırmaya görə, neçə-neçə gəncin «adam oğrusu» həbsə atılması faktı da mövcuddur.

Amma Sovetlər Birliyi zamanında bu məsələdə daha anlaqlı davranılırdı, nəinki indii. Hər halda, əlimizdə olan faktlar və DİA.AZ-a ünvanlanan şikayət məktubu belə deməyə əsas yaradır.

Redaksiyamıza məktubla müraciət edən Bərdə rayonü Füzuli küçəsi Təzə Məhlə yaşayış massivinin sakini Hümbətov Möhübbət Hüseyn oğlu bildirir ki, onun oğlu - Hümbətov İsmayıl Möhübbət oğlu da qız qaçırma ənənəsinin qurbanı olub. Və ən acınacaqlısı odur ki, Bərdə sakini İsmət Hüseynova sevdiyi qızı qaçırması üçün bir taksiçi kimi xidmət göstərən 1986-cı il təvəllüdlü, ailəli, himyayəsində iki körpə uşağı və xəstə valideynləri olan Hümbətov İsmayıla 2011-ci ildə Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar tarixli hökmü ilə 11 illik cəza kəsilib.

Bu barədə DİA.AZ-a müraciət edən valideyn bildirir ki, oğlunun günahı sadəcə taksi xidməti göstərməkdir: «Həm də bu vaxta qədər neçə-neçə ailələr bu yolla qurulub və xoşbəxt olub. Amma qanunlarımız bu yolla ailə qurmağı cinayət hesab edir. Lakin bu halda belə 11 illik cəza olduqca ağırdır, halbuki anoloji hallarda - yəni qaçırılan qızın valideynləri şikayətçi düşəndə 3-4 illik həbs cəzaları kəsilərdi. Amma bu fakt üzrə çox ağır cəza kəsilib ki, biz də dövlət başçısından bu işə müdaxilə etməsini, dolanışığımızın yeganə təminatçısı olan oğlumun azadlığa çıxmasına dəstək olmasını xahiş edirik».

Geri qayıt