Əsas Səhifə > Güney Press, Araşdırma > SUMQAYIT DYP-Sİ ÇƏTİN DURUMDA

SUMQAYIT DYP-Sİ ÇƏTİN DURUMDA


30-03-2013, 13:21
SUMQAYIT DYP-Sİ ÇƏTİN DURUMDA
AVTOXULİQAN ŞƏHƏR DYP-Sİ ÜÇÜN PROBLEMƏ ÇEVRİLİB

Sumqayıt şəhər Dövlət Yol Polisinin əməkdaşları problemə düşüb. Buna səbəb isə yol polislərinin bir neçə aydır ki, Sumqayıtda bir avtoxuliqanı saxlaya bilməmələridir. Bu barədə "AzeriNews.org"a şəhər sakinlərindən daxil olan məlumatlarda bildirilir ki, artıq bir neçə aydır ki, qırmızı rəngəli VAZ 2107 markalı, 10 - GK - 904 dövlət nömrə nişanlı avtomobil şəhər sakinlərini qorxuya salıb. Həmin avtomobilin şəhər küçələrində sürətlə şütüməsi və eyni zamanda qəza şəraiti yaratması sakinlərlərlə yanaşı yerli sürücüləri də narahat etməyə başlayıb. Elə bu səbəbdən məsələ Sumqayıt Dövlət Yol Polisinə gedib çıxıb. Lakin yol polislərinin həmin avtomobilin saxlanılması istiqamətində apardıqları reydlərin faydası olmayıb. "Avtoş" bir sözlə şəhər "QAİ"ni barmağına dolayıb. Dəfələrlə 5-6 DYP avtomobili qırmızı rəngli VAZ 2107 markalı, 10 - GK - 904 dövlət nömrə nişanlı avtomobili qovsalar da saxlaya bilməyirlər. Hətta deyilənlərə görə, Sumqayıt DYP-nin əməkdaşları tərəfindən sözü gedən avtomobilin təqibi zamanı şəhər sakinləri bir neçə saatlığına əməlli-başlı tamaşaya baxıblar. Amma tamaşa sonluqda acı nəticələrə səbəb olub. Məlumatlarda bildirilir ki, avtoxuliqanın tutulub saxlanılması zamanı 12-ci mikrarayon ərazisində yolu keçmək istəyən bir az yaşlı uşaq təqib edilən avtomobil tərəfindən vurulub. Xoşbəxtlikdən uşaq ciddi xəsarət almayıb. DYP əmkdaşları isə məcbur qalıb təqibi dayandırıblar ki, növbəti xoşa gələməz hadisələr baş verməsin.
Bundan əlavə şəhər sakinlərinin redaksiyamıza bildirdiklərinə görə, həmin avtomobil həftə ərzində bir neçə saatlığına Sumqayıtda şou göstərir və sonra yoxa çıxır. Polislər isə həmin avtoxuliqanın tutulmasında aciz qalıblar.

Geri qayıt