Əsas Səhifə > Partiya > "HAKİMİYYƏT PUTİNİN YOLUNU GEDİR"

"HAKİMİYYƏT PUTİNİN YOLUNU GEDİR"


30-03-2013, 13:31
"HAKİMİYYƏT PUTİNİN YOLUNU GEDİR"
LEYLA YUNUSDAN SƏRT AÇIQLAMALAR

“Aydın məsəldir ki, Azərbaycan iqtidarı 2013-cü il seçkiləri üçün çox narahatdır. Lakin narahatlıqları da başa düşülən deyil. Ona görə ki, bütün situasiya hökumətin nəzarəti altındadır və güc yolu ilə istədikləri adamı qazamata basırlar. Eyni halda da ABŞ başda olmaqla qərbdən İlham Əliyevə böyük bir dəstək var”

Bu sözləri FaktXeber.com-a Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus son zamanlar ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutuna qarşı baş verən basqılara və təzyiqlərə münasibət bildirərkən qeyd edib. Hakimiyyətin vətəndaşların aktivləşməsindən təşvişə düşdüyünü bildirən Leyla Yunus, “onlar ərəb ölkələrinin talelərini gözlərinin qarşısına gətirirlər. Necə ki, Hüsnü Mübarək 30 il ABŞ tərəfindən dəstəkləndiyi halda, xalqın aktivləşməsi ilə aradan getdi. İqtidarın da əsas qorxduğu məsələ məhz budur”, - deyə bildirdi: “Bir neçə müddət bundan öncə Ramiz Mehdiyev Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatların bağlanması ilə əlaqədar çıxış etdi. Azərbaycan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin yolu ilə gedir. Belə ki, Putin Rusiyada fəaliyyət göstərən beynəlxalq təşkilatları ofislərini bağladı. Hazırda Azərbaycanda elə də ciddi və böyük təşkilatlar yoxdur. Lakin hakimiyyətin istəyi budur ki, sayları kifayət qədər az olan təşkilatları da bağlasın. İqtidarın bağlamaq istədiyi təşkilatların elə də böyük və ciddi deyil. Bizim hökumət belə başa düşür ki, onlara sanki hər şey olar. ”

Leyla xanım sonda qeyd etdi ki, təşkilatların bağlanması hökumət üçün heç də arzu olunan nəticələrə gətirib çıxarmayacaq: “Əgər bu günə qədər Qərb təşkilatlarında Azərbaycanla bağlı kifayət qədər müsbət fikirlər səsləndirilərək, hakimiyyətin hansısa reforma gedəcəyinə dair vaxt verilirdisə, təşkilatların bağlanılması müqabilində bu proseslərin qarşısı alınacaq. Belə ki, təşkilatların bağlanmasından hakimiyyətin əleyhinə istifadə ediləcək. Bundan sonra Azərbaycan iqtidarını Qərbdə heç bir rəsmi qurum və ya nümayəndə müdafiə edə bilməyəcək.”

Geri qayıt