Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AXCP ELNUR SEYİDOVU MÜDAFİƏ KOMİTƏSİ YARATDI
AXCP ELNUR SEYİDOVU MÜDAFİƏ KOMİTƏSİ YARATDI30-03-2013, 13:48 |
TEXNİKABANK ƏMƏKDAŞININ İŞİ DİQQƏT MƏRKƏZİNDƏ Martın 30-da Müsavat Partiyasının qərargahında AXCP sədri Əli Kərimlinin qaynı, “Texnikabank”ın filial müdirinin keçmiş müavini Elnur Seyidovun hüquqlarını müdafiə komitəsinin yaradılması ilə bağlı toplantı keçirilib. Toplantıya sədrlik edən tanınmış hüquqşünas, ədliyyə generalı Vidadi Mirkamal bildirib ki, Elnur Seyidovun həbsi sıradan bir hadisə deyil. Çünki bu həbsin gerçək səbəbi ölkənin tanınmış müxalifət liderinə - AXCP sədri Əli Kərimliyə təzyiq göstərmək, ondan qisas almaqdır. Vidadi Mirkamal məlumat verib ki, Elnur Seyidovun hüquqlarını müdafiə komitəsinə maraq böyükdür. Komitənin yaranacağı elan olunandan bəri ötən qısa zamanda ona 25 nəfər tanınmış ictimai-siyasi xadim qoşulub. Komitəyə üzvlüyün açıq olduğunu deyən Vidadi Mirkamal orada təmsilçilik üçün müraciət edənlərin çox olacağına inandığını bildirib. /Azadliq.info/ Geri qayıt |