Əsas Səhifə > Partiya > İSGƏNDƏR HƏMİDOV NAXÇIVANA ADAMINI TƏYİN ETDİ

İSGƏNDƏR HƏMİDOV NAXÇIVANA ADAMINI TƏYİN ETDİ


1-04-2013, 09:41
İSGƏNDƏR HƏMİDOV NAXÇIVANA ADAMINI TƏYİN ETDİ
BOZ QURDLAR SÜRƏTLƏ TƏŞİKLATLANIR

Sabiq Daxili İşlər Naziri, general İsgəndər Həmidovun uzun müddətdən sonra aktiv siyasi fəaliyyətə başlaması haqda xəbərlər təsdiqin tapmaqdadır. Bunu İ.Həmidovun lideri olduğu Azərbaycan Milliyyətçi Demokrat (Bozqurd) Partiyasının sürətli təşkilatlanma prosesinə start verməsi də təsdiq edir.

Partiyadan aldığımız məlumata görə bu günlərdə AMDP Naxçıvan Muxtar Respublikasındakı təşkilatı yaradılıb. Muxtar respublikanın bütün rayonlarından olan 100-ə yaxın nümayəndənin iştirakı ilə keçirilən toplabtıda Canpolad Tağıyev AMDP Naxçıvan Muxtar Respublika nümayəndəliyinin rəhbəri seçilib. Həmçinin eyni vaxtda AMDP Binəqəti rayon Təşkilatının Rəsulzadə qəzəbə özəyinin 50 Bozqurdçunun iştirakı ilə təsis yığıncağı keçirilib.

Partiyadan verilən xəbərə görə bu günlərdə AMDP-nin Xankəndi şəhər təşkilatının da təsis yışıncağı keçiriləcək. Onu da bildirək ki, siyasi partiyalar arasında Xankəndi şəhər təşkilatı olan çox az sayta təşkilat var.

Geri qayıt