Əsas Səhifə > Güney Press, Araşdırma > BANKİRLƏRƏ QARŞI ŞİKAYƏT RƏDD OLUNDU

BANKİRLƏRƏ QARŞI ŞİKAYƏT RƏDD OLUNDU


1-04-2013, 10:16
BANKİRLƏRƏ QARŞI ŞİKAYƏT RƏDD OLUNDU
"TEXNİKABANK"A QARŞI İDDİADA DAHA BİR YENİLİK

Bir neçə il əvvəl ayrı - ayrı əmanətçilərin 38 milyon manatını dələduzluq yolu ilə mənimsəmiş “Texnikabank” ASC-nin (Bu bankın Müşahidə Şurasının sədri və pay sahibi olan Etibar Əliyein həbsindən sonra adı dəyişdirilib) Bakı Filialının sabiq rəhbəri Zal Yusifov və oğlu İslam Yusifov da daxil olmaqla, 14 nəfərin cinayət işi üzrə Ali Məhkəmənin az öncə çıxardığı hökmdən verilən şikayət üzrə Bakı Apelyasiya Məhkəməsində ilkin baxış keçirilib.

Bu barədə mia.az verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov həmin tarixdə şikayət üzrə qərarını açıqlayıb. Hakimin qərarına görə, şikayət üzrə nəinki araşdırılma aparılıb, tam əksinə, ərizə baxışdan belə çıxarılıb.

Xatırladaq ki, Ali Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə il əvvəl verdiyi hökmdə dəyişiklik edərək, iş üzrə zərərçəkənlərə dəymiş zərərdən bankir və onun yaxın ətrafını xilas edəcək qərar verib.

Yazıda adı hallananların münsaibətlərinin öyrənmək mümkün olmayıb. İş üzrə təqsirləndirilənlər və zərərçəkənlərin mövqeyini dərc edə bilərik.

Geri qayıt