Əsas Səhifə > Güney Press, Araşdırma > "GÜRCÜSTAN VƏ AZƏRBAYCAN BƏŞƏR ƏSƏDƏ YARDIM EDİR"
"GÜRCÜSTAN VƏ AZƏRBAYCAN BƏŞƏR ƏSƏDƏ YARDIM EDİR"1-04-2013, 10:40 |
BEYNƏLXALQ TƏŞİKLATDAN AÇIQLAMA Human Rights First hüquq müdafiə təşkilatı «Suriya münaqişəsinə yardım edənlər» adlı məruzəsində bu ölkədə qan tökülməsinə rəvac verən beynəlxalq oyunçulara aydınlıq gətirmək istəyir. Bütün diqqət Suriya hökumətinə yardıma ayrılıb. «Hər iki münaqişə tərəfi vəhşilik və qəddarlıqda məsul olsalar da, Bəşər Əsəd rejimi onların çoxu üçün məsuliyyət daşıyır», – məruzəyə istinadan Eurasianet xəbər verir. Gürcüstan və Livanın özəl şirkətləri Suriyaya dizel yanacağı verir, deyə sənəddə bildirilir: «Gürcüstan ərazisindən dizel yanacağı daşıyan kiçik gəmilər Suriyaya gedir. ABŞ Gürcüstan və Livana xarici kömək göstərir. Bu yardım, eləcə də ikitərəfli sıx münasibətlər ABŞ-a müvafiq araşdırma aparmaq və Suriyada böhranın dərinləşməsinə kömək edən ayrı-ayrı təmsilçilərin hərəkətlərinin qarşısını almaq üçün diplomatik və siyasi addımlar atmaq imkanı verir». Azərbaycan Rusiyaya öz hava məkanından silah və pul vəsaitləri daşımaq üçün istifadə imkanı verir: «Əvvəllər hərbi təyinatlı yüklər Türkiyə vasitəsilə Suriyaya çatdırılırdı; amma sonradan Türkiyə Suriyaya silah aparıldığı ehtimal edilən yükləri yoxlamağa başlayandan sonra Rusiya, İran və Şimali Koreya silah tədarükü üçün İraq, Rusiya isə Azərbaycan və İran ərazisindən istifadə etməyə başladı… Rusiya hərbi texnika və digər yükləri Moskvadan hava yolu ilə Azərbaycan vasitəsilə Dəməşqə göndərməyə cəhd edir. Sənədlərdən görünür ki, 2012-ci ilin noyabr-dekabrında Rusiya dörd ayrıca reys təşkil etməyə çalışıb. Suriyaya təmir edilmiş Mİ-25 helikopterləri göndərib… Azərbaycan, İran və İraq vasitəsilə Rusiya rejimə təzə banknotlar da göndərir … ProPublica təşkilatının əlinə keçən uçuş sənədləri göstərir ki, Azərbaycan, İran və İraq vasitəsilə banknotlar göndərir. Sənədlərə əsasən, 2012-ci ilin iyul-sentyabrında xüsusi reyslərlə 30 ton banknot göndərilib». Maraqlıdır ki, Azərbaycan “böyük qardaş” Türkiyənin qadağa qoyduğu məsələdə Rusiyaya imkan yaradır. Görəsən, bu məsələni Türkiyə hakimiyyəti Azərbyacnla danışıqlarda qaldırıbmı? Amma aydındır ki, Azərbaycan istəsə belə, Rusiyaya etiraz edə bilmir. Geri qayıt |