Əsas Səhifə > Sosial, Manşet > BİLƏSUVARIN GÖMRÜK RƏİSİNİ OSTANDAR İFŞA ETDİ
BİLƏSUVARIN GÖMRÜK RƏİSİNİ OSTANDAR İFŞA ETDİ1-04-2013, 11:01 |
OSTANDARIN AÇIQLADIĞI RƏQƏM GÖMRÜKÇÜNÜN YALANINI ORTAYA ÇIXARIB DİA.AZ: - Hələ xeyli əvvəldən Biləsuvar gömrük məntəqəsində hökm sürən özbaşınalıqla bağlı məlumayları diqqətinizə çatdırmışdıq. Bu dəfə isə sözügedən gömrükxanadakı “pripiska” ilə bağlı ilginc faktlar əldə etmişik. Xatırladaq ki, DİA.AZ neçə müddətdir Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan rəsmi rəqəmlərdən belə korrupsiyanın izinin aşkar surətdə duyulması səbəbindən araşdırma materiallarla çıxış edir. Bu dəfə isə Biləsuvar gömrük idarəsinin rəisi Elçin Quliyevin hətta “qara buxalteriya”da belə “pripiska”ya yol verməsi aşkarlanıb. Xatırladaq ki, zaman-zaman Biləsuvardakı sərhəd-keçid məntəqəsindən İrana keçmək istəyən vətəndaşlarımızın incidildiyi mətbuatda ən işlək mövzulardan olub. Bu günlərdə yerli KİV-də yayılan xəbərlərdə bildirilirdi ki, Biləsuvar gömrük idarəsinin rəisi Elçin Quliyevin göstərişi ilə İrana keçmək istəyən Azərbaycan vətəndaşlarına süni əngəl yaradılır. Maraqlıdır ki, Azərbaycandan İrana keçən digər ölkə vətəndaşları rahatcasına sərhədi adlaya bilir. Vətəndaşlar bildirir ki, onlardan gömrük işçiləri qanunsuz olaraq adambaşına 10 manatdan pul yığırlar: «Bu dəqiqə minlərlə vətəndaş İrana keçmək istəyir. Hər adamdan qanunsuz olaraq tələb etdikləri 10 manatdan hesablasan, azı 20 min manat pul edəcək. Tələb etdiklərin qanunsuz pulun müqabilində çek də vermirlər və bu da vətəndaşların haqlı narazılığına, növbənin isə durmadan uzanmasına səbəb olur». Yuxarıdakı məıqamdan da aydın olur ki, Biləsuvar gömrüyü “yuxarılara” verdiyi hesabatında gün ərzində bu məntəqədən İrana ən çoxu 2000 nəfərin keçməsi haqda məlumat ötürüb. Amma indi isə bu rəqəmin də doğru olmadığı üzə çıxır. Belə ki, fars-molla rejiminin “irna.ir” agentliyinin xəbərinə görə, Ərdəbil vilayətinin ostandarı Əkbər Nikzad "Səhər" kanalına verdiyi müsahibədə “Biləsuvar sərhəd keçid məntəqəsindən hər gün İran tərəfə orta hesabla 3 min Azərbaycan vətəndaşı keçir” açıqlamasını verib. Onun sözlərinə görə, Biləsuvar və digər sərhəd keçid məntəqələrində azərbaycanlı turistlərin tələblərinə və ehtiyaclarına cavab verən standartların yaradılması və təmin edilməsi bizim vəzifəmizdir. Ostandar Aslanduz sərhəd keçid məntəqəsindən də danışıb və deyib ki, gömrüyün açılması üçün hazırlıq işləri başa çatıb. Bu gömrüyün açılması iki dost və qonşu ölkə vətəndaşlarının get-gəlinin asanlaşdırılmasında töhfəsini verəcək. Yəni ostandarın açıqlamasından da aydın olur ki, Biləsuvar gömrük idarəsinin rəisi Elçin Quliyev gün ərzində ən azından 1000 nəfərdən aldığı pulu şəxsən mənimsəyir ki, bu da ən pis halda bir gün üçün 10 min manatlıq qazanc deməkdir. Geri qayıt |