Əsas Səhifə > Cəmiyyət, Manşet > XƏBƏR SAYTLARINA SÜNİ ƏNGƏLİ KİM YARADIR?

XƏBƏR SAYTLARINA SÜNİ ƏNGƏLİ KİM YARADIR?


1-04-2013, 15:41
XƏBƏR SAYTLARINA SÜNİ ƏNGƏLİ KİM YARADIR?
PA-NIN «ZÖVQÜNCƏ OLMAYANLARA» TRAFİK MƏHDUDİYYƏTİ

DİA.AZ: - Bu gün ayrı-ayrı xəbər portallarının fəaliyyətinə Prezident Administrasiyası tərəfindən süni problemlər yaradılmaqdadır. Bu barədə DİA.AZ-a sözügedən sahənin mütəxəsislərindən biri məlumat verib. Mənbə iddia edir ki, birbaşa olaraq PA tərəfindən bir neçə onlayn xəbər saytı nəzarətə götürülüb.

Mənbənin söylədikləri: «Həmin xəbər portallarının işinə süni müdaxilələr olur ki, nəticədə onların bütün ölkə miqyasında fəaliyyəti məhdudlaşdırılır. Belə ki, gün ərzində həmin saytlara trafik məhdudiyyəti tətbiq olunur. Məsələn, bir sayta 900 «ip» imkanı tanınır və bu portalın arealını genişləndirməsi imkansız olur. Və nəticədə həmin 900 «ip» gün ərzindəki saatlara bölünür və bir saata əgər 30 «ip» düşürsə, o zaman 31-ci istifadəçinin portalı ziyarət etməsi imkansız olur».

Bununla saytların reytinqinin və populyarlığının nəzarət altına alınması cəhdlərinin edildiyini bildirən mənbəmiz onu da əlavə etdi ki, davamlı şəkildə buk imi yollarla PA tərəfindən virtual aləmə müdaxilə edilsə də, dövlətin müvafiq qurumlarının hər hansı reaksiyası müşahidə olunmayıb. Və maraqlı həm də orasıdır ki, portal redaksiyaları da buk imi problemlər yarandıqda daha çox yerləşdikləri serverləri və yaxud da bir başqa təhlükəsizlik problemlərini nədən kimi görürlər.

Geri qayıt