Əsas Səhifə > Şou-biznes > "RAFAEL HEÇ VAXT COŞQUNUN ROLUNU OYNAYA BİLMƏZ"
"RAFAEL HEÇ VAXT COŞQUNUN ROLUNU OYNAYA BİLMƏZ"2-12-2011, 10:38 |
"BUGÜNKÜ MÜĞƏNNİLƏR VAQİF GƏRAYZADƏNİN YANINDA YETİŞİB ÇIXIBLAR" Milli.Az xəbər portalının məlumatına görə, “Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşfiq Abbasov heç bir müğənninin prodüseri olmayacağını bildirib: “Bizdə prodüserə yanaşma fərqlidir. Deyirlər ki, filan müğənninin yanındakı prodüser. Dünyada isə müğənni prodüserin yanındadır. Yaxşı müğənni yetişdirmək üçün gərək “sıfır”dan başlayasan. Məsələn, Vaqif Gərayzadə, Aqşin kimi. Bu adamlar üçün heç kim “müğənninin yanındakı” deyə bilməz. Bugünkü müğənnilər Vaqif Gərayzadənin yanında yetişib çıxıblar, Aqşin Manananı Azərbaycana gətirib, onu müğənni edib. Müğənni prodüseri belə olmaldır”. Müğənniyə prodüserlik edəcək şəxsin musiqi savadının və zövqünün vacib olduğunu bildirən Müşfiq Abbasov “Ümumiyyətlə, musiqidən başım çıxmır. Buna görə də müğənni prodüseri ola bilmərəm. Konsertlərdə, hansısa layihə çərçivəsində icraçı prodüser ola bilərəm”, - deyə əlavə edib. O, özünü bir prodüser kimi də qiymətləndirib: “Mən “Bu şəhərdə” çərçivəsində yaxşı prodüserəm. Həm də ona görə ki, ssenarini özüm yazıram. Ssenarini yazanda isə hər şeyi, büdcəni, imkanları, aktyorların bacarığını nəzərə alıram. Məsələn, mən bilirəm ki, Coşqun heç vaxt tamada obrazını oynaya bilməz. Rafael isə heç vaxt Coşqunun rolunu oynaya bilməz. Onların mətninə xüsusi fikir verirəm, ona görə də bu effekti ala bilirik”. Geri qayıt |