Əsas Səhifə > Partiya > ETİBAR MƏMMƏDOV DƏYİŞİKLİKLƏRDƏN DANIŞDI
ETİBAR MƏMMƏDOV DƏYİŞİKLİKLƏRDƏN DANIŞDI2-04-2013, 11:39 |
"İNŞALLAH, HAMI GÖRƏR"... Modern.az saytının məlumatına görə, bu gün Azərbaycannın tanınmış siyasi xadimi, Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədovun ad günüdür. 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olan siyasətçi bu gün 58 yaşını qeyd edir. Hələ çox kiçik yaşlarından siyasətə marağı olan Etibar Məmmədov 1973-cü ildə Azərbaycan Dövlət Unversitetinin Tarix fakültəsinə daxil olur. Burada eks-prezident Əbülfəz Elçibəyin tələbəsi olur və bu amil onun siyasi fəaliyyətinə təkan verir. Belə ki o Əbülfəz bəyin yaratdığı qruplardan birinə üzv olur və bununla da mübarizə dolu bir həyata qədəm qoyur. Universitetdə təhsil alarkən Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazır və bu yazıya gorə universitetdən xaric edilir. Bir çox çətinliklərdən sonra o yenidən universitetə bərpa edilir və 1978-ci ildə bu ali təhsil ocağını bitirir. Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. Etibar Məmmədov Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. O, 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılıarından biri olub və partiyanın ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb. 1986-cı ildə ailə həyatı quran Etibar bəyin 2 oğlu, 1 qızı var. Modern.az- saytının əməkdaşı Etibar Məmmədovla əlaqə saxlayaraq doğum günündə siyasətçinin təəssüratlarını öyrənib. - Etibar bəy, sizi ad gününüz münasibətilə təbrik edirik. Bu əlamatədar gündə özünüzü necə hiss edirsiniz? Doğum gününüzü qeyd edəcəksiniz? - Çox sağ olun təbriklərinizə görə, təşəkkür edirəm. Doğum günüm heç də adi günlərdən fərqlənməyəcək. Evdə olacam. Ad günümü xüsusi təmtəraqla yox, evdə ailə üvlərimizlə birlikdə keçirəcəm. - Dostlarınız, keçmiş partiyadaşlarınız necə, sizi təbrik edirlərmi? - Bəli, artıq təbrik ediblər. Sağ olsunlar hamısı. Hamıya diqqətinə görə təşəkkür edirəm. - Ad gününüzdə onlarla görüşüb qeyd edəcəksinizmi? - Məncə elə bir təntənəyə ehtiyac yoxdur. - Sizin üçün əlamətdar olan bir gündə özünüzlə yanaşı, xala nə arzu etmək istərdiniz? - Hamı kimi mən də istəyirəm hər şey daha yaxşı olsun. Hamı vəziyyətdən razı qalsın. Bunun üçündə hamı bir yerdə çalışmalıdır. Dəyişikliklərə ehtiyac var. İnşallah, həmin dəyişikliklər də olar və hər kəs də öz gözlədiyini görər. - Qarşıdan Azərbaycan üçün əhəmiyyətli olan prezident seçkiləri gəlir. Seçkilərlə bağlı proqnozlarınızı da bilmək istərdik? Seçkilərdən nə gözləyirsiniz? - Arzu edirəm ki, hər şey yaxşı olsun. Kimin nə arzusu varsa, həyata keçsin. - Etibar bəy, dostlarınıza, keçmişdə çiyin-çiyinə mübarizə apardığınız siyasətçi yoldaşlarınızı ürək sözləriniz varmı? - Hamısına can sağlığı arzulayıram. Kimliyindən aslı olmayaraq, hər kəsin arzularının həyata keçməsini diləyirəm. Geri qayıt |