Əsas Səhifə > Şou-biznes > GÜNEL DƏ ANA OLA BİLƏR

GÜNEL DƏ ANA OLA BİLƏR


22-09-2011, 16:44
GÜNEL DƏ ANA OLA BİLƏR

ARTIQ MÜĞƏNNİNİN BAŞINA ƏL ÇƏKİLDİ

Bu günlərdə ana olan üsyankar model və müğənni Züleyxa Akçurina “Azəri Top Model” müsabiqəsinin final gününə qonaq qismində qatılan sənətçilərdən birinə jest etdi. Hər şey, müğənni Günel Ələkbərovanın səhnədən Züleyxanı ana olması münasibəti ilə təbrik etməsindən sonra başladı. Cavabında Akçurina “Günel başda olmaqla, bütün subay sənətçi xanımlara ana olmaq sevincini yaşamağı arzulayıram. Bu, çox gözəl hissdir” dedi.

Trend-ə açıqlamasında, Ələkbərova da Akçurinanın bu jestinə hörmətlə reaksiya verdi. “Məncə, bu da bir ilk oldu, canlı yayımda yenicə ana olan Züleyxa xanım sağ əlini başıma qoyub, qadın xoşbəxtliyi arzuladı. Təşəkkür edirəm bu jesti üçün. Anam da tələsdirir ki, ailə qurum və o, nənə olsun. İnşallah, o gün də yetişər”, - Günel bildirdi.

Geri qayıt