Əsas Səhifə > Partiya > "İBADƏT ƏHLİ QƏZƏBLİDİR"

"İBADƏT ƏHLİ QƏZƏBLİDİR"


2-04-2013, 11:43
"İBADƏT ƏHLİ QƏZƏBLİDİR"
İSLAM PARTİYASI SON HƏBSƏ REAKSİYA VERDİ

Azərbaycan İslam Partiyası ilahiyyatçı Taleh Bağırovun şərlənərək həbs olunmasını pisləyən bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə daxil olan bəyantda bildirilir:

"Azərbaycanda din alimləri, mömin insanlara qarşı təqiblər davam etməkdədir. Məlumata görə, ilahiyyatçı Taleh Bağırov bu günlərdə Səbail rayon polisi tərəfindən həbs olunub. Ona qarşı irəli sürülən ittihamlar saxta və yersizdir və hakimiyyətin İslam dininə və davamçılarına olan kininin daha bir bariz nümunəsidir. AİP hesab edir ki, bu həbslər islamçı qüvvələrin seçki ilində müqavimətini qırmağa və qüvvəsini zəiflətməyə ölçülmüş bir addımdır. Bu addım şübhəsiz ki, islamçı qüvvələrin seçkidə öz sözünü deməyə və bütün islamçıların gücündən istifadə etməyə maneçilik törətməkdən başqa bir şey deyildir. Amma hüquq-mühafizə orqanları və hakimiyyət bilməlidir ki, bu cür böhtanlarla şərlənən insanların günahsızlığına cəmiyyət əmindir və bununla islamçıların qarşılarına qoyduqları məqsəddən yayındıra bilməzlər. Dindarların azad fikirlərini söyləmələrinə görə, narkotik və silah saxlama maddələri ilə həbs edilmələri absurddur və sifariş əsasında həyata keçirilir.

Onlar seçkidə öz sözlərini deyəcəklər və Azərbaycan xalqının gələcək taleyində islamçıların oynadığı rolu sübut edəcəklər.
Bu cür həbslərin qarşısının alınmasını və başda Hacı Mövsüm Səmədov olmaqla, Taleh Bağırov və digər möminlərin həbsdən azad edilməsini tələb edirik. Bu tələbə Azərbaycan İslam Partiyası israrlıdır. Bütün bu cür mənfi halların, möminlərin və Azərbaycanda hazırda 50%-dən artıq ibadət əhlinin qəzəb və hiddətinə səbəb olan addımların qarşısı tezliklə alınmalıdır."

Geri qayıt