Əsas Səhifə > Dünya > BƏŞİR ƏSƏD TƏKLƏNİR

BƏŞİR ƏSƏD TƏKLƏNİR


2-12-2011, 10:55
BƏŞİR ƏSƏD TƏKLƏNİR

ONUN BÜTÜN RƏQİBLƏRİ BİR ARAYA GƏLDİ

Suriya prezidenti Bəşər Əsədin istefasını tələb edən siyasi və hərbi müxalifət birləşib. Anlaşma Türkiyə paytaxtında əldə olunub. “Media forum” saytı xəbər verir ki, Ankarada bir araya gələn Suriya Milli Şurası və Azad Suriya Ordusu təmsilçiləri fəaliyyətlərini əlaqələndirməyi razılaşdırıblar.

Suriya Milli Şurası sentyabrın 15-də yaradılıb. Qurumun məqsədi Suriyadakı diktator rejimini dinc üsullarla dəyişməkdir. Azad Suriya Ordusu isə müxalifət tərəfə keçmiş zabit və əsgərlərdən təşkil olunub. Silahlı mübarizə aparan quruma Türkiyədə sığınacaq almış polkovnik Riyad Musa Əsəd rəhbərlik edir.

Mart ayından Suriyada xalq üsyanı gedir. İndiyəcən 3 mindən çox adam ölüb. Əsas tələb prezident Bəşər Əsədin istefasıdır. O, hakimiyyətə 2000-ci ildə gəlib. 1971-ci ildən 2000-ci ilədək isə Suriyaya onun atası Hafiz Əsəd rəhbərlik edib.


Geri qayıt