Əsas Səhifə > Şou-biznes > "ÖZÜMDƏ MAKSİMUM GÜC HİSS EDİRƏM"
"ÖZÜMDƏ MAKSİMUM GÜC HİSS EDİRƏM"3-04-2013, 08:59 |
“Özümdə maksimum güc hiss edirəm”. Milli.Az xəbər verir ki, 4 il tanınmış qızlar qrupu “Kristal”ın solistlərindən biri olmuş Həmidə Hüseynova solo fəaliyyətə başlayıb. Əməkdaşımızla söhbətində Həmidə səhnədə sözünü deməkdən ötrü özündə maksimum güc hiss etdiyini dilə gətirdi: “Qrupdan ayrıldıqdan sonra bir müddət, demək olar ki, sevdiyim sənətə həvəsim ölmüşdü. Amma sağ olsun mənimlə eyni vaxtda “Kristal”da solist olmuş Lalənin həyat yoldaşı Nurkan, yazdığı gözəl mahnılardan birini mənə təqdim etdi. Sözləri də Nurkanın özünə məxsus olan bəstə “Bahar axşamı” adlanır. Bu mahnıya çox böyük ümidlər bəsləyirəm. Aranjmanını Rəşad Hüseynovun etdiyi “Bahar axşamı”nın çıxış mahnım kimi uğur gətirəcəyini hiss edirəm. Özümdə maksimum güc hiss edirəm. Əminəm ki, zamanında “Kristal”ın solisti kimi ifamı bəyənən tamaşaçılar solo karyera yolunda da öz dəstəklərini məndən əsirgəməyəcəklər”. Məlumat üçün bildirək ki, “Kristal”a gəlməyənə qədər Həmidə “Yeni Ulduz”, “Azəri Star”, “Azəri Star plyus” mahnı müsabiqələrinin iştirakçısı olub. Geri qayıt |