Əsas Səhifə > Sosial, Manşet > ŞİRVAN DYP-SİNDƏ HƏR ŞEYİN ÖZ QİYMƏTİ VAR
ŞİRVAN DYP-SİNDƏ HƏR ŞEYİN ÖZ QİYMƏTİ VAR3-04-2013, 10:53 |
HƏR YERDƏ 40 MANATA OLAN TEXNİKİ BAXIŞ ŞİRVANDA 75 MANATADIR DİA.AZ: - Redaksiyamıza bir qrup Şirvan sakini adından şikayət məktubu daxil olub. Özünü Əliyev Səməd Feyruz oğlu kimi təqdim edən Şirvan şəhər sakini DİA.AZ-a yazdığı məktubunda bildirir ki, o, onlarla şirvanlı sürücünün narazılığını ifadə edir. Şikayət məktubunda deyilir: «Bütün ölkə üzrə dövlət yol polisinin fəaliyyətindən narazılıq faktları mətbuatda səslənsə də, Şirvan şəhər DYP-sində baş verənlər nədənsə diqqətdən kənarda saxlanılır. Amma ən bərbad durum bizdədir. Bölgə üzrə DYP funksiyasını daşıyan bu idarədə əsl bazar açılıb. Son günlər isə hətta kimsədən çəkinmədən rüşvət yığırlar». Sürücülər bildirir ki, onlara səbəbsiz yerə cərimə kəsilir: «Bu barədə şikayət etdikdə isə bildirirlər ki, artıq protokol yazılıb və cərimə ödənməlidir. Biz də sürücü olduğumuzdan məcburiyyət qarşısında qalıb, qanunsuz olmasına baxmayaraq cəriməni ödəmək zorunda qalırıq». Şirvan DYP-sində texniki baxışa görə, sürücülük vəsiqəsinə görə artıq pulların alındığını bildirən sürücülər bildirir ki, qanunlara görə texniki baxışın qiyməti 40 manat olsa da, Şirvan DYP-sində 75 manat pul tələb olunur: «Biz isə etiraz edib bildiririk ki, bəs 20 manat texniki baxışdır, 20 manat da yol haqqıdır. Amma buna baxmayaraq bizdən 35 manat da artıq pul alırlar. Sürücülük vəsiqəsinin ən baha satıldığı yer isə Şirvan DYP-sidir. Əgər başqqa rayon DYP-lərində 500 manata sürücülüq vəsiqəsi almaq olursa, bizdə ən aşağı qiymət 700 manatdır». Bütün bu ittihamlarla bağlı qarşı tərəfin də fikirlərini yaymağa hazırıq. Geri qayıt |