Əsas Səhifə > Sosial, Manşet > AYDIN ƏLİYEVİ «ROKFELLER» ƏVƏZLƏYƏCƏK

AYDIN ƏLİYEVİ «ROKFELLER» ƏVƏZLƏYƏCƏK


3-04-2013, 12:18
AYDIN ƏLİYEVİ «ROKFELLER» ƏVƏZLƏYƏCƏK
DGK ŞEYİ OLMAQ İSTƏYƏN HİKMƏT MƏMMƏDOV RÜŞVƏTİ BAHALAŞDIRIB

DİA.AZ: - Dövlət Gömrük Komitəsindən redaksiyamıza daha bir şikayət məktubu daxil olub. Bu barədə DİA.AZ-a yazan narazı vətəndaşlar yenə də Astara gömrük idarəsinin rəisi, «Rokfeller» ləqəbli Hikmət Məmmədovdan şikayətçi düşüblər.

Cəlilabad rayon sakini Bəhruz Mehdiyevin DİA.AZ-a etdiyi müraciətdə bildirilir ki, o davamlı şəkildə İrandan Azərbaycana müxtəlif tərəvəz məhsullarını gətirməklə məşğuldur: «Bui şlə məşğul olanların hamısı yaxşı bilir ki, hansı həddə və hansı məhsuldan gətirmək lazımdır və bu zaman kimə nə qədər pul ödəməlisən. Amma son bir ayda vəziyyət dəyişib».

Şikayətçi bildirir ki, idxal olunan məhsulların qiyməti növündən asılı olaraq tonuna görə 100-500 manata qədər bahalaşılb: «Onsuz da yaz fəsli olduğundan payız meyvələri baha başa gəlir. Gömrükdhəki bahalaşma da qiymətlərin daha da artmasına səbəb olacaq».

Şikayətçi bildirir ki, o, qiymət artımının hansı səbəbdən baş verdiyini öyrənməyə çalışıb və bu zaman Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovun işçilərindən biri ona maraqlı bir faktı açıqlayıb: «Həmin gömrük işçisi mənə bildirdi ki, Hikmət Məmmədov Dövlət Gömrük Komitəsinə sədr getməyə hazırlaşır. Onun vəzifəsini böyüdürlər. Amma tələb olunan qədər pulu olmadığından qısa müdddətə pul toplamalıdır. Ona görə də təkcə tərəvəz idxalında «rüsuilar» qalxmayıb, digər malların da gətirilməsinin rüşvəti artıb. Hətta İrana girib-çıxanlar, xəstəsini aparanlar da artıq pul ödəməlidirlər».

Xatırladaq ki, DGK sistemində kadr islahatlarının nəzərdə tutulduğunu hələ xeyli əvvəldən diqqətinizə çatdırmışıq.

Geri qayıt