Əsas Səhifə > Cəmiyyət > HACIBALA ABUTALIBOV SAKİNLƏRLƏ MƏZƏLƏNİR?
HACIBALA ABUTALIBOV SAKİNLƏRLƏ MƏZƏLƏNİR?3-04-2013, 12:28 |
İKİ BİNANIN QAZI KƏSİLİB: ZÜLM DAVAM EDİR Bakının Dilarə Əliyeva küçəsində yaşayan sakinlərə Bakı İcra Hakimiyyəti problemlər yaradır. Belə ki, sakinlər yaşadıqları 181,183, 185, 193 və 197 saylı iki üçmərtəbəli binanın qaz xətlərinin artıq 5 gündür ki, kəslidiyini, amma bərpa olunmadığını bildiriblər. “Qış bulvarı” adlı yeni salınan parka yaxın olduqalrı üçün sakinlər binalarının uçurdulacağından ehtiyat edirlər. Onlar artıq binaların sökülmüş bəzi yerlərini göstəriblər. Bu iki binada 40-dan çox ailənin yaşamasına baxmayaraq, rəsmi olaraq binaların söküləcəyi, ailələrə veriləcək kompensasiya barədə hər hansı danışıq aparılmayıb, müqavilə imzalanmayıb. Füzuli və Mirzağa Əliyev küçələrində olduğu kimi, D.Əliyeva küçəsində də nəzərdə tutulan söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətində hansı vəzifə tutması məlum olmayan Zülfəli İsmayılov rəhbərlik edir. Sakinlərin xəbəri olmadan, hər hansı bir rəy hazırlanmadan Bakı Şəhər İcra Hakimiyyəti hər iki binanın qəzalı olması haqda şayiələr yayır. Bu isə əvvəlki təcrübədən irəli gələrək demək olar ki, hər iki binanın sökülməsinə Şəhər Hakimiyyətinin hazırlıq mərhələsidir. Sakinlərsə Şəhər İcra Hakimiyyətindən binanı tərk etməli olduqlarını əsaslandırmasını istəyirlər. Yeri gələrsə, köçməyə etirazları olmadığını deyən sakinlər köçürmənin də qanun çərçivəsində, vətəndaşın şərəf və ləyaqəti alçaldılmadan icrasının vaciblıyini nəzərə çatdırıblar. Geri qayıt |