Əsas Səhifə > Cəmiyyət > MOSKVADA AZƏRBAYCAN BAZARINA BASQIN EDİLDİ

MOSKVADA AZƏRBAYCAN BAZARINA BASQIN EDİLDİ


3-04-2013, 12:37
MOSKVADA AZƏRBAYCAN BAZARINA BASQIN EDİLDİ
DÖYÜLƏNLƏR VƏ TUTULANLAR VAR

Bu gün səhər saatlarında 200-dən çox OMON-çu Moskvanın “Pokrov” bazarına hücum edib. OMON-çular bazara 10 avtobusla gəliblər. Moskvada yaşayan həmyerlimiz Teymur Hüseynovun Lent.az-a bildirdiyinə görə, polislər bazarda çalışan azərbaycanlıları döyərək oradan qovublar.
“Hazırda bazar bağlıdır və heç kəs buraxılmır. OMON-çular hadisə yerinə gedən “Millətin səsi”qəzetinin iki əməkdaşını saxlayıb. Onları naməlum istiqamətə aparıblar”.

Teymur Hüseynovun dediyinə görə, hazırda bazarın rəhbərliyi yerli adminstrasiya ilə danışıqlar aparır. Hücumun səbəbi bilinmir.

Qeyd edək ki, adıgedən bazarda 5000-dən çox soydaşımız işləyir.

Geri qayıt