Əsas Səhifə > Partiya > LEYLA YUNUSDAN BƏD XƏBƏR ANONSU
LEYLA YUNUSDAN BƏD XƏBƏR ANONSU3-04-2013, 13:26 |
"HƏR ŞEY DAHA DA PİS OLACAQ" Leyla Yunus: ««Əbülfəz Elçibəy qorxub qaçdıqdan və keçmiş KQB generalını hakimiyyətə gətirdikdən sonra Azərbaycan dövlətçiliyini, mili-demokratik inkişafımızı təhlükəyə atdı». 2013-cü ilin iyulunda ABŞ Milli Demokratiya İnstitutu Azərbaycandakı ofisi bağlana bilər. Səbəb qurumun Azərbaycanda qeydiyyat müddətinin başa çatmasıdır. Bu haqda “Azadlıq” radiosunun Bakı bürosu xəbər yayıb. MDİ-yə yaxın qaynaqlardan alınan xəbərdə isə deyilib ki, böyük ehtimalla qurumun Bakı ofisi bağlanacaq. Bu barədə hüquq müdafiəcisi, Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusdan şərh verməsini xahiş etdik. Leyla Yunus bildirdi ki, 2013 ci il yanvar ayindan Azərbaycan iqtidari qorxu və təşviş icindədir: «Gənclər həbs olunur. Vətəndaş Cəmiyyətinin üzvlərinə işləməyə imkan verilmir. Azərbaycan vətəndaşlarına, siyasi partiya üzvlərinə otellerde tədbirlər kecirilməsinə belə imkan yaradılmır. Təbii ki, Azərbaycan iqtidarı dünyada gedən prosseslərdən və bu prooseslərin Azərbaycana transfer olunmasından çəkinir və baş verəcək prosseslərin önlənməsi üçün öz aqressiyasını nümayiş etdirir. Buna görə də dindarları, gənc fəalları, vətəndaş cəmiyyətlərinin üzvlərini həbs edirlər. Hətta diplomatik korpuslara belə zorakılıq nümayiş etdirirlər. Ancaq bu bir faktdır ki, Ruksiya və Türkiyə ilə bir yerdə ABŞ-da İlham Əliyevi dəstəkləyib və dəstəkləməkdə davam edir. ABŞ-IN İlham Əliyevə ən böyük dəstəyi 2003-cü ildə Heydər Əliyevin ölüm xəbərini gizlətmək olub». Fikrini davam etdirərən xanım Yunus bildirdi ki, hazırda vəziyyət çətindir. O hesab edir ki, yaxın zamanlarda Azərbaycandan ATƏT MDİ kimi beynəlxalq təşkilatlar gedəcəklər. Lakin bu Azərbaycanla ABŞ-ın arasında olan münasibətlərə təsir göstərməyəcək. Beynəlxalq təşkilatların Azərbaycandan getdikdən sonra prosseslərin hansı istiqamətdə inkişaf edəcəyini dəyərləndirən hüquq müdafiəçisi bildirdi ki, Elçibəy hakimiyyətinin devrilməsindən sonra o, Azərbaycan üçün yaxşı heç bir şeyə inanmır: «Əbülfəz Elçibəy qorxub qaçdıqdan və keçmiş KQB generalını hakimiyyətə gətirdikdən sonra, Azərbaycan dövlətçiliyini, mili-demokratik inkişafımızı təhlükəyə atdı. 2003-cü ildən sonra isə vəziyyət daha da pisləşdi. Bundan sonra zənn eləmirəm ki, hansısa yaxşı istiqamətdə dəyişikliklər olsun. Hər şey daha da pisləşəcək». Pərvin pia.az Geri qayıt |