Əsas Səhifə > Şou-biznes > RƏQSANƏYƏ QALMAQAL LAZIM DEYİL

RƏQSANƏYƏ QALMAQAL LAZIM DEYİL


4-04-2013, 09:01
RƏQSANƏYƏ QALMAQAL LAZIM DEYİL
TANINDIĞINI DÜŞÜNƏN MÜĞƏNNİ DAVADAN QAÇDI

Müğənni Rəqsanənin Türkiyədə məşhurlaşmaq istəyən sənətçilərimiz haqqında danışdıqları qalmaqala səbəb olub.

Axşam.az-ın məlumatına görə, sənətçi Röyanın onun haqqında dediyi sözləri cavabsız qoymayıb:

“Heç kimin əziyyətini yerə vurmuram. Mövzuya məntiqli cavab vermişəm. Türkiyə səksən milyonluq əhalisi olan bir ölkədir. Orada tanınmaq üçün bir-iki mahnı və klip yetərli deyil. İllərlə yaşayıb, dayanmadan çalışıb, böyük işlər görməlisən ki, kütləyə özünü tanıdasan. Bu başlanğıcı hələ ki, Röya, Aygün Kazımova və bəzi məşhurlarımız edib. Mən onların uğuruna sevinirəm. Bundan artıq yeniliklər etmələrini gözləyirəm”.

Sənətçi Röyanın “Rəqsanəni hamı tanıyır” fikrinə isə belə cavab verib:

“Bəli, hamı məni tanıyır. Müğənniyəm, iki övladım var. Ola bilsin ki, sujetlərdə mənim Röya ilə qalmaqal yaratmaq istədiyim hiss olunub. Nəinki normal münasibətdə olduğum Röya ilə, heç kimlə qalmaqal düşünmürəm. Əvvəllər mahiyyətinə varmadan bəzi qalmaqallarda adımı hallandırmışam. Bu gün heç kimlə eyni vəziyyəti təkrarlamaq fikrim yoxdu. Dayanmadan Türkiyədə həllini tapan layihələrim üzərində çalışıram. Qalan vaxtımı ailəmə ayırıram. İnanın, yerli şou-biznesdə baş verən qalmaqallar məni maraqlandırmır.

Röya ilə uzun müddət yol yoldaşı olmuşuq, səfərlərdə bir yerdə qalmışıq. Onun sənəti, özü haqqında mövqeyim hər zaman müsbət olub. Mənim yuxarıda qeyd edilən mövzu barəsində konkret fikrim budur ki, sənətçilərimiz bu qədər zəhmətin müqabilini görə bilsin. Türkiyənin 5-10 faizi yox, böyük bir hissəsi onları tanısın. Buna sevinərəm və hər birinə bacardığım qədər dəstək olaram”.

Geri qayıt