Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QAZAXLI MƏMUR İÇKİ ALUDƏÇİSİ ÇIXDI
QAZAXLI MƏMUR İÇKİ ALUDƏÇİSİ ÇIXDI4-04-2013, 09:44 |
MƏHKƏMƏ TİBBİ EKSPERTİZASINDA ÖZBAŞINALIQ Lap elə sovet dönəmində də sözügedən sahədə həmişə özbaşınalıq olub. Özümü biləndən burada çalışanlar haqq işını qoyub nahaqqı müdafıiə etməklərinin canlı şahidi olmuşam. Başlarının üstündə ədaləti unudaraq hüquq-mühafizə orqnları ilə bir araya gələn məhkəmə tibbi ekspertiza əmkdaşları, rüşvətə meyl etməklə onlara işi düşənləri “əzməklə” məşğul olmuşlar.Bu ənənə yenə də davam etməkdədir. Uduzan isə adət etdiyimiz kimi yenə də əhalinin pulsuz təbəqəsi olub. Bu da çoxdan həlli çatmış ciddi məsələ olsa da, nədənsə kölgədə qlıb. Söylədiklərimiz yazı üçün bir neçə il öncə gündəmdə olsa da, əsaslı dəlillərin gətirilməsinə ehtiyac olduğundan mövzunu saxlamışdıq. Lakin təxminən 2, ya da 3 olar ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə müdir təyin olunan Elşən Əmiraslanovun şöbədəki biabırçılıqları mövzunun ictimaiyyətə çatdırılmasına zəmin yaratdı. Elşən Əmiraslanov sabiq şöbə müdiri, bu sahədə çoxillik əmək stajına malik Kamil Şəmmədovun təqaüdə çıxmasından sonra bu vəzifəyə təyin olundu. Təyin olunduğu gündən etibarən işinin öhdəsindən layiqincə gəlməyən, haqq- ədalətdən uzaq olan, iş yerində tapılmayan, gününü restoranlarda keçirən bir kadr kimi həkim və hüquq-mühafizə əmkdaşlarının yaddaşına həkk olundu. Bu şəxsə işi düşənlər bir neçə gün onun harayında olsalar da, onu nə soraqla, nə də cibində çağırdığı, lakin götürməkdə çox böyük əziyyət çəkdiyi 055-210-29-80 nömrəli mobil telefonu ilə də tapa bilmirlər. Axırda MTE və PA Birliyinin Ağstafa rayonlararası zona mərkəzinin müdiri Nizami Rəhimovun vasitəçiliyi ilə məsələnin həllinə yanaşılır. E. Əmiraslanov haqqında Nizami Rəhimova edilən haqlı şikayətlər də demək olar ki, mənasızlıqla qurtarır. “Əlin əli, onun da qayıdıb üzü yuması” misalı sanki bu iki şəxs üçün deyilib. Elşənin öhdəsindən gəlməkdə acizlik göstərən N.Rəhimov sullarımıza cavab olaraq bildirdi ki, “ Elşən məni də boğaza yığıb. Vətədaşların harayına Tovuz şöbəsində çalışan şəxslə səs verə bilirəm. Neçə ki, Elşən alkoqollu içkilərin aludəçisidir, sakinləri bundan da çətin günlər gözləyir.” Qəribədir, zona mərkəzinin müdiri N.Rəhimov E.Əmiraslanovun öhdəsindən gələ bilmirsə, onda Allah lazım eləməsin, Elşən kimilərinə işi düşənlər onlarla hansı tərzdə danışmalı və onu harada axtarmalıdırlar?. Onu da demək yerinə düşərdi ki, E.Əmiraslanov ötən ilin təxminən oktyabr ayında bərk içkili vəziyyətdə gecə vaxtı Qazax rayonunun S. Vurğun küçəsindən keçərkən darvazanın üstündən hoppanaraq bir evə də soxulmuşdur. Nəticədə, hay-haraya toplaşan qonşular onun əl-qolunu tutaraq polis çağırmışlar. Üstəlik, 102-yə də zəng çalınmışdır. Əməliyata gələn polislər onu haqqında müvafiq tədbir görmüşlər.(Bu hadisə rayon polis şöbəsinin zabiti Tahir Orucova da yaxşı məlumdur.) Elşən Əmiraslanovun üzdəniraq hərəkətləri bununla bitmir. O yerində tapılsa, rayonda pulsuz iş görməyən şəxs kimi də “hörmət” qazanmışdır. Bunu adlarının çəkilməsini istəməyən Qazax səhiyyəsində çalışan bir neçə həkim də bildirmişdir. Onlar “ Qazağın tarixində bu günə kimi belə bir sahədə bu cür kadrın omdığını da” dilə gətirmışlər. Deyilənlərlə yanaşı bir məsələ də diqqətdən yayınmır. Belə ki, Qazaxda mərkəzi xəstəxananın qabağında yerləşən tibbi ekspertiza şöbəinin heç ünvan lövhəsi də yoxdur. Birdə ki, başı rüşvətə və spirtli içkilərə qarışan, Göyçay rayonundan Qazağa “təşrif” buyuran Elşən Əmiraslanovun gözünə lövhəmi görünür... Doğurdan da, neçəki mərkəzdən, yerdə isə Nizami Rəhimov tərəfindən Elşən Əmiraslanov kimilərinə ğöz yumulur, neqativ hərəkətləri ört-basdır edilir, vəziyyət bundan da pis gözlənilir. Geri qayıt |