Əsas Səhifə > Sosial, Manşet > SƏBAİLİN İCRA BAŞÇISI İLƏ BAĞLI TƏCİLİ QƏRAR

SƏBAİLİN İCRA BAŞÇISI İLƏ BAĞLI TƏCİLİ QƏRAR


4-04-2013, 10:15
SƏBAİLİN İCRA BAŞÇISI İLƏ BAĞLI TƏCİLİ QƏRAR
ASİF ƏSGƏROV VƏZİFƏSİNDƏN ALINIR, ONUN YERİNƏ KEÇMİŞ DEPUTAT GƏLİR

DİA.AZ: - Yaxın günlərdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tutduğu postdan azad ediləcək və onun yerinə keçmiş deputat Anar Axundov təyin ediləcək. Bu məlumatı DİA.AZ-a çatdıran mənbə bildirir ki, Asif Əsgərovla bağlı qərarın verilməsi əslindən əvvəlcədən gözlənilirdi, lakin qarşıdan gələn seçkilərlə bağlı tədarük planı Bakının mərkəzi rayonunun rəhbəri postunda dəyişikliklərin erkənliyini zəruriləşdirib.

Mənbəmiz iddia edir ki, Asif Əsgərovla yanaşı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın daha bir neçə icra başçısı da davamlı surətdə vəzifələrindən azad ediləcək. Məlumdur ki, bir müddət əvvəl Asif Əsgərovun milli kimliyi məsələsi də mətbuatda müzakirə olundu və onun ermənilərlə qohumluq əlaqələrindən yazıldı.

Daxil olan məlumatlara görə, məhz buk imi səbəblər hakimiyyətin yeniləşmiş siyasətində ciddi prioritet təşkil edəcək. Onu da xatırladaq ki, Anar Axundovun bir müddət əvvəl PA-ya vəzifəyə gətirələcəyi haqda yerli mətbuatda informasiyalar yayılmışdı. Amma indi aydın olur ki, keçmiş millət vəkilinə icra başçısı postu həvalə edilir.

Onu da bildirək ki, buna qədər də keçmiş deputatlarla bağlı təyinatlar olub. Məsələn, Masallıdan deputat olmuş Əhəd Abıyev bu gün Daşkəsən rayonuna rəhbərlik edir. Və eləcə də sabiq millət vəkillərindən daha birisinin - Hüseyn Abdullayevin də icra başçısı təyin ediləcəyi söylənilir.

Geri qayıt