Əsas Səhifə > Güney Press, Araşdırma > ABBAS ABBASOVDAN ƏSƏBİ AÇIQLAMALAR

ABBAS ABBASOVDAN ƏSƏBİ AÇIQLAMALAR


4-04-2013, 11:18
ABBAS ABBASOVDAN ƏSƏBİ AÇIQLAMALAR
"HEÇ KİMİN MƏNİM TALEYİMƏ QARIŞMAĞA İXTİYARI YOXDUR"

Rusiya Azərbaycanlılarının Federal Milli –Mədəni Muxtariyyətinin (“AzərRos” FMMM) Ağsaqqallar Şurasının sədri və Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının (RATİ) rəhbəri Abbas Abbasov SalamNews-un xüsusi müxbirinə eksklüziv açıqlama verib. O, Azərbaycan KİV-lərində “AzərRos” FMMM və RATİ rəhbərliyinin Azərbaycan hökuməti və rəsmi şəxsləri ilə bağlı mövqeyi barədə yayılmış məlumata qəti etirazını bildirib.

A.Abbasov deyib: “Mən yenicə Türkiyədən qayıtmışam və gələr-gəlməz aldığım bu xəbər məni təəccübləndirdi. Öyrəndim ki, mənim burada olmadığım müddətdə bəzi Azərbaycan KİV-ləri “AzərRos” FMMM və RATİ rəhbərliyi adından Azərbaycan ictimaiyyətinə təbliğat xarakterli müraciət yayıblar. Bütün məsuliyyəti üzərimə götürüb bildirirəm ki, nə mənim, nə “AzərRos” FMMM-in prezidentinin, nə də vitse-prezidentinin yayılan bu məlumatla heç bir əlaqəsi yoxdur. Mən heç kimə Rusiya azərbaycanlıları adından hər hansı bəyanatla çıxış etməyi tapşırmamışam və heç kimə belə bir səlahiyyət verməmişəm. Sizi əmin edirəm ki, mən uydurma, düşünülmədən edilmiş hər hansı müraciət və ya bəyanatın qəti əleyhinəyəm. Bunu mənə və mənim rəhbərlik etdiyim təşkilatlara qarşı hazırlanmış növbəti təxribat hesab edirəm.”

Şura sədrinin sözlərinə görə, “AzərRos” FMMM və RATİ rus və Azərbaycan xalqları arasında mehriban qnşuluq münasibətlərinin nizama salınmasına böyük töhfə verir, Rusiya ictimaiyyətində vətəndaş sülhü və razılığın möhkəmləndirilməsi yolunda vicdanla xidmət göstərir: “Bizim başqa dövlətin daxili işlərinə qarışmaq niyyətimiz yoxdur. Bizim öz tapşırıq və vəzifələrimiz var. Mənə adımdan çıxış edən münsif hakimlər və suflyorlar lazım deyil. Heç kimin mənim taleyimə qarışmağa və səlahiyyətimdə olan məsələləri həll etməyə ixtiyarı yoxdur. Mənim belə bir “dəstəyə” və “xidmətə” ehtiyacım yoxdur və bu hallara son dərəcə mənfi yanaşıram. Baş verənləri açıqlamaq istəmirəm, əks halda Rusiyanın Azərbaycan icmasına və bütünlükdə bizim Rusiya Federasiyasında (RF) yaşayan azərbaycanlıların rifahı və dinc yaşaması xatirinə etdiklərimizlə bağlı tarixi vətənimizdə etibarın qırılması üçün intriqa yarana bilər.”

Geri qayıt