Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİYƏ QARŞI DAHA BİR GƏNC DANIŞDI

ƏLİ KƏRİMLİYƏ QARŞI DAHA BİR GƏNC DANIŞDI


4-04-2013, 12:17
ƏLİ KƏRİMLİYƏ QARŞI DAHA BİR GƏNC DANIŞDI
"ONLAR DƏRK ETMİRLƏR Kİ"...

“Bütün bunların hər biri Azərbaycan dövlətçiliyinin sarsılmasına, zəifləməsinə hesablanmış addımlardır. Bu insanlar ölkə daxilində istər dini zəmində, istərsə də qruplaşma xarakterində çaxnaşma yaratmağa çalışırlar”. Bunu SİA-ya Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Rəşxan Qaraşlı AXCP sədri Əli Kərimlinin sosial şəbəkələr vasitəsilə gənclərə müraciət etməsinə münasibət bildirərkən deyib.

R.Qaraşlının sözlərinə görə, bunlar üçün ən önəmlisi ölkə daxilində rəiyyətin qarışmasıdır: “Hətta belə bir məsəl də var: “tutsa, qatıq, tutmasa, ayran”. AXCP sədri Əli Kərimlinin gənclərə müraciət etməsi əslində onlardan ümid gözləməsi, onun bacarmadığını, bəlkə, gənclər bacararlar deyə atdığı addımlardır. Bu insanın təxəyyülü hələ də 1990-cı illərdən qalan təcrübəyə yönəlib. O, hesab edir ki, bəlkə, mitinqlər yolu ilə nəyəsə nail olmaq olar. Amma onlar dərk etmirlər ki, artıq mitinqlərlə nəyəsə nail olmaq olmaz. Bu və ya digər arzunu tam demokratik şəraitdə, sivil yollarla həyata keçirmək lazımdır”.

ATGDC sədri “NİDA” hərəkatı üzvlərinin xoşagəlməyən hərəkətlərinə də toxunub: ““NİDA”çıların hərəkətinə gəldikdə isə deyə bilərəm ki, insanlar fərqli yanaşma ilə kreativ olmağa çalışırlar. Burada Azərbaycanın nə milli mentaliteti, nə adət-ənənələri və s. nərəzə alınır. Bu da sonda ictimaiyyət tərəfindən həmin insanlara qarşı nifrətin oyanmasına gətirib çıxarır. Hər bir insan nəyəsə qarşı etiraz edə bilər, bu normal bir şeydir. Çünki biz demokratik cəmiyyətdə yaşayırıq. Amma bu nəyləsə razılaşmamağın göstərəcəyi yollar sonralar böyük intiriqalara yol aça bilər”.

Geri qayıt