Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD DƏ TÜRKİYƏNİ QARALAYIB

BƏŞƏR ƏSƏD DƏ TÜRKİYƏNİ QARALAYIB


6-04-2013, 11:26
BƏŞƏR ƏSƏD DƏ TÜRKİYƏNİ QARALAYIB
"TÜRKİYƏNİN ƏLİ QANA BULAŞIB"

"Türkiyə hökumətinin əli Suriyada axan qana bulaşıb."

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Suriya Prezidenti Bəşər Əsad “Ulusal Kanal” televiziya kanalına verdiyi müsahibəsində bildirib.

Baş nazir Rəcəb Tayyib Ərdoğanı yalan söyləməkdə günahlandıran B.Əsad deyib: “Türkiyə Suriyadakı terrorçulara kömək edir. Əgər R.T.Ərdoğan iddia etdiyi kimi, Suriyadakı problemin həlli üçün təkliflər veribsə, bu təkliflərin silahlı qruplara verilən dəstəklə nə əlaqəsi var? Hazırda Ərdoğan Qətərin maliyyə dəstəyi ilə silahlı qrupları gətirir, onları Türkiyə ərazisində silahla təmin edir, tibbi və başqa xidmətlər təqdim edir və sonra Suriyaya göndərir. Ərdoğan yalan söyləyir. O, bu təkliflərdən maska ​​olaraq istifadə edir. Biz bütün nəsihətləri qəbul edirik. Ancaq Suriyanın daxili işlərinə müdaxiləni qəbul edə bilmərik. Prezidentin hakimiyyətdə qalmasına yalnız Suriya xalqı qərar verə bilər. Bir çox qərb ölkəsinin lideri mənə qarşıdır, ancaq onlar mənim iqtidardan getməyimi tələb edə bilməzlər. Buna yalnız xalq qərar verə bilər.”

Geri qayıt