Əsas Səhifə > Sosial, Manşet > NÖKƏRLƏRİN VƏD ETDİYİ ŞÜBHƏLİ AZADLIQ

NÖKƏRLƏRİN VƏD ETDİYİ ŞÜBHƏLİ AZADLIQ


6-04-2013, 12:18
NÖKƏRLƏRİN VƏD ETDİYİ ŞÜBHƏLİ AZADLIQ
ONLAR AZADLIQ İSTƏSƏYDİLƏR, ƏLLƏRİNDƏKİ BUXOVLARI QIRARDILAR

DİA.AZ: - Son günlər ölkə daxilində Rusiya xəttini müdafiə edənlər xüsusi olaraq fəallaşıblar. Biri ucu hakimiyyətin içindən başlayan və digər bir ucu müxalifətdə qərarlaşan bu şəbəkənin əslində Azərbaycan üçün hansısa formada faydalı olmayacağı şübhəsizdir. Bu həm iqtidar daxilində Rusiyanın bir nömrəli adamı hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fəaliyyətindən aydın görünür, həm də müxalifətdə qərarlaşmış rusiyapərəst Rüstəm İbrahəimbəyovun mövqeyindən. Bu psevdomüxalif mövqeni inkişaf etdirən digərlərinin də süni şəkildə Azərbaycanda etnik və müxtəlif səpgili separatizm meyllərinə dəstək vermələri də məsələnin nə yerdə olduğunu çılpaqlığı ilə ortaya qoymaqdadır.

Bəli, bu bir faktdır ki, Rusiya illər uzunu Azərbaycana qarşı məhz separatizm silahından istifadə etməkdədir. Bir yandan süni şəkildə Qarabağ münaqişəsinin həllini yubadır, digər yandan da Azərbaycanın daha da cilovlanması üçün ölkəmiz daxilində müxtəlif bölücü təmayüllü fəaliyyətləri alovlandırır. Və ən acınacaqlısı isə odur ki, bütün bunların fonunda yenə də danışmağa sözləri var. Bunu isə Rüstəm İbrahəimbəyovun xəyanətkar Qarabağ açıqlamasının ardından «Məndən şübhələnənlərə» başlığı ilə verdiyi açıqlaması bir daha təsdiqlədi.

Diqqət yetirin, Rüstəm İbrahimbəyov açıqlamasında ona qarşı gedənləri iqtidara aid mətbuat hesab edir. Bərəkallah… Nə zamandan bu millətin maraqlarının güdülməsi iqtidara işləmək olub? Hər halda, bu gün Azərbaycanda hakimiyyət başında olan qüvvələrin kimliyi belə kiməsə əsas vermir ki, Qarabağ probleminin həllinə xəyanətkar mövqe ortaya qoysun və yaxud bu mövqeyinə qarşı gedənləri «məni hakimiyyət əzi rvə mənim danışdıqlarıma sən etiraz edirsənsə, o zaman hakimiyyətin maraqlarına qulluq edirsən» kimi absurd məntiqi ilə etirazçıların üzərinə yerisin. Yəni Rüstəm İbrahəimbəyovun məntiqi odur ki, o, Moskvada ağzına gələni danışsın və erməniləri təmizə çıxarmağa çalışsın, «Qarabağ torpaqlarının hələ kimə məxsus olduğunu tarixi araşdırmalar ortaya qoyacaq» kimi sərsəm xəyanətkar mövqe ortaya qoysun və bu da sükutla qarşılansın.

Digər tərəfdən, bu gün Azərbaycan hakimiyyətini ermənilər də sevmir və eləcə də fars-molla rejim idə sevmir. Bu o deməkdirmi ki, bizlər ermənilərin və farsların da müdafiəçisinə çevrilməliyik? Rüstəm İbrahəimbəyov Rusiyanı özünə vətən hesab edən Söyün Sadıqova haqq qazandırır və onun xətti ilə Azərbaycanda hazırlanan təxribatların fəal iştirakçısıdır. Onun müxalifliyi də ona qarşı əmlak yürüşünün başlamasının ardından baş verib. Yəni əlində olanlar alınana qədər bu adam iqtidarın sıradan təbliğçilərindən, məddahlarından biri olub. Özü də bunu etiraf edib. Yəni 5 il əvvəl Rüstəm İbörahimbəyov görmürdü ki, bu iqtidar xalqa hansı zülmü edir?

Ən acınacaqlısı isə odur ki, Rüstəm İbrahəimbəyovun bu kimi sərsəm açıqlamalarına, bu kimi xəyanətkar mövqeyinə «O, MÜXALİFƏTDİR» deyib dəstək verənlər də var. Bir daha təkrarlayırıq. Bu gün Azərbaycan hakimiyyətinə İranın da qidalandırdığı müxalifət var. Yəni bu adamların marağında Azərbaycan xalqının rifahı yox, hətta bənzəri olsa belə İranın, Rusiyanın maraqlarına uyğun bir hakimiyyətin formalaşmasıdır. Əgər bu gün İlham Əliyev Rusiya və İranla yollarını ayırmasaydı, Rüstəm İbrahəimbəyov kimilərinin hünəri nə idi ki, bu adam hakimiyyətə qarşı bu şəkildə çıxışlar edə bilsin. Yəni məntiq bundadır, iş bundadır.

Odur ki, əzizlərimiz, seçiminizi edəndə ehtiyatlı olun. Nökərlər heç bir zaman azadlıq carçısı ola bilməzlər. Çünki onlar azadlığın nə olduğunun fərqində belə deyillər. Fərqində olsaydılar, elə ilk başdan nökərçilikdən imtina edib, azad olardılar. Özləri azad olmayanların bizə azadlıq gətirməsi imkansızdır.

Geri qayıt