Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELDAR ƏZİZOV SAHİBKARLARI XƏRCƏ SALIB

ELDAR ƏZİZOV SAHİBKARLARI XƏRCƏ SALIB


6-04-2013, 12:25
ELDAR ƏZİZOV SAHİBKARLARI XƏRCƏ SALIB
İCRA BAŞÇISININ "İSUZU" TƏLƏBİ

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov rəhbərlik etdiyi şəhərə çoxlu sayda “İsuzu” markalı avtobuslar gətirməyi planlaşdırır. Bu barədə Moderator.az saytını məlumatlandıran özəl mənbə artıq bununla bağlı şəhərdaxili bütün marşrutların sahiblərinə xəbərdarlıq edildiyini bildirib: “Bir neçə gün bundan öncə icra başçısı şəhərdaxili və şəhərətrafı marşrutların sahiblərinə xəbərdarlıq edərək onları sərəncamlarındakı avtobusları “İsuzu” markalı yeni avtobuslarla əvəzləməyi “tövsiyə edib”. İcra başçısının məcburiyyət xarakterli bu tövsiyəsi marşrut sahibləri arasında ciddi narazılığa səbəb olub. Çünki icra başçısının təklif etdiyi “İsuzu”ların qiyməti nə az nə çox – düz 80 min manatdır. Marşrut sahibləri hesab edir ki, icra başçısının birdən-birə bu cür tələblə çıxış etməsi heç də təsadüfi deyil. Sahibkarların fikrincə, icra başçısının məlum dəyişikliyə hədsiz dərəcədə inad göstərməsi E.Əzizovun bu məsələdə şəxsi maraqları olduğunu düşünməyə əsas verir. Bundan başqa, Sumqayıta “İsuzu”ların gətirilməsi ilə bağlı mövcud tələbin sonucda ciddi qarşıdurma ilə nəticələnəcəyi gözlənilir”.
Geri qayıt