Əsas Səhifə > Dünya > XARABA SƏFİRLİK ZİYARƏT OLUNDU

XARABA SƏFİRLİK ZİYARƏT OLUNDU


2-12-2011, 16:13
XARABA SƏFİRLİK ZİYARƏT OLUNDU

İNGİLİS ELÇİLİYİNİN ƏMLAKI TALAN EDİLİB

Dekabrın 1-də 40 ölkənin İrandakı səfirləri və diplomatları Böyük Britaniyanın Tehrandakı səfirliyini və səfirlik işçilərinin “Qolhək” bağındakı yaşayış yerlərini ziyarət edib.

“Media forum” saytının məlumatına görə, diplomatlar jurnalistlərə açıqlamalarında binalardakı dağıntılardan şoka düşdüklərini bəyan ediblər. Xarici diplomatlar Böyük Britaniya səfirliyindəki bütün şüşələrin sındırıldığını, divarlardan asılan rəsm əsərlərinin və digər tabloların dağıdıldığını, səfirlik işçilərinin şəxsi əşyalarının və digər avadanlıqların talan olunduğunu bildiriblər.

Xarici ölkələrin nümayəndələri arasında İsveçrə, Polşa, Meksika, Çex, Macarıstan, Yeni Zelandiya, Finlandiya, Kipr, Rusiya, Yunanıstan, Bolqarıstan, Hollandiya, Slovakiya, Rumıniya, Türkiyə, Braziliya, Avstraliya, Belçika, İtaliya, Almaniya, İrlandiya, İspaniya, Danimarka və Xorvatiyanın səfir və diplomatları da olub.


Geri qayıt