Əsas Səhifə > Partiya > MÜSAVATIN MƏCLİSİ TOPLANDI

MÜSAVATIN MƏCLİSİ TOPLANDI


6-04-2013, 12:49
MÜSAVATIN MƏCLİSİ TOPLANDI
SİYASİ MƏHBUS MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUR

Müsavat Partiyasının Məclisi öz işinə başlayıb. Gündəlikdə təşkilati məsələlər, yeni seçilmiş rayon təşkilatı sədrlərinin Məclis üzvü səlahiyyətlərinin təsdiqi həllini tapıb. Binəqədi və Ağdam rayon təşkilatlarının sədrlərinin səlahiyyətləri təsdiqlənib. Müsavat başqanı İsa Qəmbər ictimai-siyasi durum və qarşıda duran vəzifələr, Müsavatın Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlığın gedişi barədə məruzə edəcək.

Siyasi məhbuslar haqqında Məclisin bəyanatı nəzərdə tutulub.

Müsavat himninin oxunmasından sonra iclası açıq elan edən Məclis sədri Arzu Səmədbəyli Tofiq Yaqublunun Məclisə salamlarını çatdırdı.

Daha sonra söz məruzə etmək üçün Müsavat başqanı İsa Qəmbərə verilib. Partiyanın lideri çıxışında ölkə və dünya gündəminə bomba kimi düşmüş hadisədən - offşor şirkətləri barədə qalmaqaldan başlayıb: “Biz İlham Əliyev başda olmaqla bu hakimiyyətin istefa tələbini gündəmə gətirməliyik. Çünki öz xalqına qarşı bu qədər sayğısız davranan bir iqtidar hakimiyyətdə qala bilməz. Mən əminəm ki, bu il bu hakimiyyət gedəcək. Ya öz günahlarını etiraf edərək, xalqa seçim imkanı yaradaraq gedəcək, ya da öz əməllləri ilə xalqın etirazını daha da gücləndirərək, xalqın təşkilatlanıb öz mövqeyini ortaya qoyması nəticəsində gedəcək”.

Müsavat başqanı İsa Qəmbər partiya Məclisindəki çıxışı zamanı bunu deyib.
İ.Qəmbər deyib ki, hakimiyyətin cəmiyyəti qorxutmaq cəhdləri davam edə bilər, çünki hakimiyyət qorxduğu üçün qorxutmağa da çalışır: “Ancaq mən əminəm ki, bu, nəticə verməyəcək, necə ki, vermir”. Müxalifətin birgə fəaliyyətindən danışan Müsavat başqanı deyib ki, saxta müxalifətlə bir yerdə olmaq istisnadır.
Hazırda Məclis Arif Hacılının prezident seçkilərinə hazırlığın vəziyyəti barədə məruzəsini dinləyir.

Geri qayıt