Əsas Səhifə > Sosial, Manşet > DYP MƏMURUNDAN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU

DYP MƏMURUNDAN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU


8-04-2013, 10:15
DYP MƏMURUNDAN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU
ÖZBAŞINALIQLARLA ÜZ-ÜZƏ QALAN BAŞ REDAKTORDAN İLGİNC MÜRACİƏT

DİA.AZ: - Son zamanlar təzyiqlərlə üz-üzə qalan daha bir baş redaktor prezidentdən kömək istəyib. DİA.AZ olaraq Mahmud Tağıyevin dövlət başçısına və daxili işlər naziri Ramil Usubova ünvanladığı məktubu olduğu kimi diqqətinizə təqdim edirik:

“ Cənab Prezident! Keçən dəfə mən sizə Daxili İşlər Naziriliyinin Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi Nuşrəvan Səfərovdan şikayətimlərimlə bağlı “Qafqazregion.az ” portalında dərc olunan köşə yazılarım vasitəsilə məlumat versəm də, təəsüflər olsun ki,bu məsələ nəinki indiyəcən öz obyektiv həllini tapıb,üstəlik məni susdurmaq üçün qanunu pozan məmurlardan biri –Nuşirəvan Səfərovun sürücüsü polis kapitanı Mərdan Əliyev guya şərəf və ləyaqətinin təhqir olunmasını iddia edərək məni məhkəməyə verib.

Mənim şikayətlərimə ədalətli yanaşılmadığından sizdən xahiş edirəm mənim məsələmin yenidən,obyektiv baxılmasına yardımçı olasınız.Nəzərinizə çatdırmaq istərdim ki, mən müstəqil jurnalistəm və dəfələrlə peşəkar fəaliyyətimlə əlaqədar N.Səfərov tərəfindən təyziqlərə məruz qalmışam. Məmurlar tərəfindən mənə qarşı edilən və bu gün də davam edən haqslzlıqlardan bəhs edən həmin köşələrin “Qafqazregion.az” portalındakı linklərini bir daha sizə təqdim edirəm:

http://qafqazregion.az/8748--.html,

http://qafqazregion.az/9581--kiminin-%C9%99vv%C9%99li,-kiminin-ax%C4%B1r%C4%B1....html

http://qafqazregion.az/9721--bak%C4%B1-dyp%C4%B0-nin-r%C9%99isinin-s%C3%BCr%C3%BCc%C3%BCs%C3%BC-ba%C5%9F-redaktoru--m%C9%99hk%C9%99m%C9%99y%C9%99-verdi.html,

http://qafqazregion.az/9961--n%C3%BC%C5%9Fr%C9%99van-s%C9%99f%C9%99rovun-s%C3%BCr%C3%BCc%C3%BCs%C3%BC--ist%C9%99s%C9%99--h%C9%99tta-hillari-klintonu-da-m%C9%99hk%C9%99m%C9%99y%C9%99-ver%C9%99r.html,

http://qafqazregion.az/10064--300-n%C3%B6mr%C9%99li-at%C4%B1n-belind%C9%99-%C3%B6z%C3%BCn%C3%BC-%C3%87er%C3%A7el%C9%99-b%C9%99nz%C9%99d%C9%99n-r%C9%99is-,yoxsa-s%C3%BCr%C3%BCc%C3%BC7.html”

Qeyd edək ki, “Qafqaz Region İB”-in sədri, “Qafqaz Region News” qəzetinin, Qafqazregion.az xəbər portalının təsisçisi və baş redaktoru Mahmud Tağıyev dəfələrlə Bakı DYPİ –nin əməkdaşlarının qanunsuz hərəkətləri ilə üzləşib və şəxsən özünün, eləcə də çoxsaylı vətəndaşların rastlaşdığı bu əməllər haqda mütəmadi olaraq mətbuatda tənqidi məqalələrlə çıxış edib.

Lakin təəsüflər olsun ki, bu yazılarda baş redaktor Mahmud Tağıyev Bakı DYPİ-də baş verən qanuna zidd əməllərini faktlara əsaslanaraq ifşa etsə də, onun rəsmi qurumlara göndərdiyi şikayətlərlə bağlı nəinki lazımı qanuni tədbir görülməyib, üstəlik ona rəsmi olaraq ədalətsiz cavab verilib və o məhkəməyə verilib. Buna görə də baş redaktor yenidən ölkə prezidentinə müraciət etmək məcburiyyətində qalıb.

Geri qayıt