Əsas Səhifə > Güney Press, Araşdırma > "AZƏRBAYCANDA ŞİƏ İNQİLABI ETMƏK İSTƏYİRLƏR"

"AZƏRBAYCANDA ŞİƏ İNQİLABI ETMƏK İSTƏYİRLƏR"


8-04-2013, 11:02
"AZƏRBAYCANDA ŞİƏ İNQİLABI ETMƏK İSTƏYİRLƏR"
"KONKRET MƏQSƏDLƏRİ VAR"

Son zamanlar Azərbaycanda dini müstəvidə gərginlik yaradılmasına cəhdlər müşahidə olunur. Hicab məsələsi yenidən qaldırılır, Nardaranda aksiyalar keçirilir və bu istiqamətdə müxtəlif addımlar atılır. Bütün bu prosesləri isə prezident seçkilərinə az bir müddət qalan zamanda başlanması təsadüfi deyil və maraq doğurur.
Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev hafta-ichi.az-a açıqlamasında diqqətə çatdırdı ki, Azərbaycanda dini problem yoxdur. Onun sözlərinə görə ölkədə İslamın şiə, sünni təriqətləri ilə yanaşı, digər təriqətləri də fəaliyyət göstərirlər və onlara heç bir problem yaradılmır: «Məsələ ondadır ki, İlham Əliyevin yenidən prezident olması bəzi dövlətlərin Azərbaycandakı iqtisadi siaysi maraqlarının təminatının qarşısını alacaq deyə, bu yoldan istifadə edirlər. Ölkədə sosial gərginlik yaratmaq çətindir. Sosial tələblərlə aksiyaya demək olar ki, heç kim qatılmır, digər məsələlərlə əlaqədar atılan addımlarda isə (Məsələn hərbi yönümlü-C.N) bütün əhalini cəlb edə bilmirlər. Başqa bir ideya fikirləşirlər ki, bu da, ancaq dini müstəvidə ola bilər. Bu da açığı ermənilərə sərf edir. Emənstan da bunu İranın əli ilə həyata keçirməyə çalışır. Rüusiyanın özündə də vəhhabilərlə bağlı problemlər var. Onlar bütün vəhhabiləri şimaldan Azərbaycana ixrac etməyə başlayıblar. Odur ki, son zamanlar şimal bölgəsi ilə yanaşı Bakıda da vaəhhabilərin sayı artıb. Bu gün Azərbaycanda gərginlik yaradan, İrandan Azərbaycana ixrac olunması nəzərdə tutulan şiə inqilabıdır. Ona görə də daha çox Nardaran və cənub bölgəsində bu məsələ gündəmə gətirilir. Naxçıvanda isə bunu etməyə gücləri çatmır. Seçki ilidir və Azərbaycanda vəziyyətin gərginləşdirilməsi kimlərəsə lazımdır. Bu, həm də Rusiyaya sərf edir ki, qarışıqlıqdan istifadə edərək öz maraqlarnı təmin etsinlər».

Geri qayıt