Əsas Səhifə > Gündəm, Manşet > AYDIN ƏLİYEV KƏND TƏSƏRRÜFATI NAZİRİNƏ QARŞI

AYDIN ƏLİYEV KƏND TƏSƏRRÜFATI NAZİRİNƏ QARŞI


3-12-2011, 13:14
AYDIN ƏLİYEV KƏND TƏSƏRRÜFATI NAZİRİNƏ QARŞI

DGK-NIN RƏSMİ STATİSTİKASI İSMƏT ABBASOVUN YALANINI ÜZƏ ÇIXARTDI

DİA.AZ: - Kənd Təssərrüfatı Nazirliyinin açıqlamalarına inansaq, Azərbaycanda un idxalı rekord səviyyəyə çatıb. Amma maraqlıdır ki, ictimaiyyət hər zaman olduğu kimi KTN-nin bu açıqlamasını da şübhəylə qarşılayır. Həmin şübhələri artıran başqa bir ciddi səbəb isə Dövlət Gömrük Komitəsinin un idxalı ilə bağlı açıqladığı rəsmi statistikadır. Başqa sözlə, Aydın Əliyev həmin statistik rəqəmləri açıqlamaqla kənd təssərrüfatı naziri İsmət Abbasovun baha bir yalanını faş etmiş oldu. Gəlin həmin hesabatda yer alan bəzi rəqəmlərə nəzər salaq.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu il 2010-cu illə müqayisədə 5689,95 faiz artıq un idxal etmişik. Bu hesablamalar kənd təsərrüfatı üzrə müstəqil mütəxəsslər tərəfindən aparılıb. Göstərilən rəqəmlər Kənd Təsərrüfatı Nazirliyinin bütün statistikasını alt-üst edir.

Dövlət Gömrük Komitəsinin məlumatı göstərir ki, ölkədə 2,4 milyon ton taxıl deyil, təqribən 1,2 milyon ton taxıl istehsal edilib. Nəzərə almaq lazımdır ki, taxıl idxalında da 106,27 faiz artım var. Özü də Rusiyada qiymətlər aşağı düşdüyündən bu dənli bitkilərin ucuz olması diqqətdən qaçmamalıdır. Unu ucuz alsalar da, burada diktə etdikləri qiymətə satırlar. Hökumətin rəqəmlərinə əsaslansaq, aparılan hesablamalardan məlum olur ki, yalnız buğda idxalının həcmi 3,7 milyon ton olub. Aparılan bu hesablamalara hələ un, digər dənli bitkilər daxil edilmir. Açıqlanan fərqli statistikanın təhlili də rəqəmlərin açıq şəkildə şişirdildiyini göstərir.

Məlumat üçün bildirək ki, real istehlak normamız isə 2,5 milyon tondur. Halbuki, 2,5 milyon tona həm ərzaq buğdası, həm mal-qaraya verilən yem, həm də toxum nəzərə alınır.

Statistik rəqəmlərə görə hər il ölkəyə 1,5 milyon ton yalnız buğda idxal olunur. 1 milyon tonu isə özümüz istehsal edirik. İstehsalla bağlı rəqəmlər şişirdilib. İdxalla istehsalı üst-üstə gələndə ölkə təlabatından 2 dəfə çox bir rəqəm alınır.

Göründüyü kimi İsmət Abbasovun şişirtmə yoluyla ölkədə un istehsalının artaması haqda açıqlamalarının ardından DGK-nın bunu təkzib edən hesabatla çıxış etməsi təsadüfi sayılmamalıdır. Qeyd edək ki, bu ölkənin taxıl ehtiyaclarını ödəmək uğrunda illərdən bəri davam edən nüfuz savaşının növbəti epizodudur. Bildirək ki, Azərbaycana taxıl məmulatlarının idxalı fövqəladə hallar naziri Kamaləddin Heydərovun manapoliyasındadır. KTN şefi İsmət Abbasov isə istehsalı artırmaqla Heydərovun »taxıl imperiyasına» zərbələr vurmağa çalışır. İki dövlət məmurunun bu mübarizəsi zaman-zaman özünü göstərib. İndi K.Heydərova bağlılığı şübhə doğurmayan Dövlət Gömrük Komitəsinin KTN rəhbərini »vurmağa» hesablanmış hesabatı da məhz bu aspektdən şərh edilməlidir.


Geri qayıt