Əsas Səhifə > Sosial, Manşet > «AZPETROL»DA SÜRÜCÜLƏR NECƏ TALAN EDİLİR?

«AZPETROL»DA SÜRÜCÜLƏR NECƏ TALAN EDİLİR?


8-04-2013, 11:51
«AZPETROL»DA SÜRÜCÜLƏR NECƏ TALAN EDİLİR?
YDM-LƏRDƏKİ FIRILDAQ KULİMİNASİYA HƏDDİNƏ ÇATIB: NƏZARƏTSİZLİK

DİA.AZ: - Bir müddət əvvəl məlum oldu ki, sən demə Azərbaycanın bütün yanacaq doldurma məntəqələrində (YDM) 93 oktan benzin əvəzinə sürücülərə 92 oktanlıq benzin satılır. Və bunun ardından da dərhal ölkə üzrə bütün YDM-lərdə bu «yanlışlıq» düzəldildi. Amma YANLIŞLIĞIN digər bir fəsadı aradan qaldırılmadı. Söhbət qiymət məsələsindən gedir. Hər halda, sürücülər 93 oktanlıq benzinə görə ödədikləri pulu eyni qaydada 92 oktyanlıq benzinə verməli deyillər və qiymətlər endirilməlidir. Amma hələ də bu baş vermir ki, bui işdə də yanacaq mafiyasının maraqlı olması şübhəsizdir.

DİA.AZ bildirir ki, ümumiyyətlə, yanacaq bazarında rəsmən özbaşınalıq hökm sürməkdədir. Belə ki, bu gün bu bazarda maraqlı qüvvələr benzinin keyfiyyəti ilə də oynayaraq külli miqdarda pul qazanırlar. Bildirək ki, bu problem ayrı-ayrı şirkətlərin YDM-lərində tüğyan etməkdədir.

Elə DİA.AZ-a müraciət edən bir qrup sürücü də eyni problemdən şikayətçidirlər. Onların sözlərinə görə, əsasən «Azpetrol»un YDM-lərində benzinin keyfiyyətsizliyi narahatçılıq yarada biləcək səviyyədədir. Sürücülər yazır: «Əvvəllər, yəni «Azpetrol»un sabiq rəhbəri Rafiq Əliyevin vaxtında bu YDM-lər keyfiyyətli benzini ilə fərqlənirdilər. İndi isə benzin əvəzinə hər gün maşınlarımızın benzin deposuna qaz doldururuq. Bu isə maşınlarımızda nasazlığın yaranmasına gətirib çıxarır».

Sürücülər bildirir ki, dəfələrlə bununla bağlı şikayət etsələr də, xeyri olmayıb: ««Azpetrol»un mərkəzi ofislərindən biri keçmiş «Qələbə» kinoteatrının yaxınlığındadır. Ən bərbad durum da elə həmin ərazidəki YDM-dədir. YDM işçilərinin fırıldağı var. Benzini maşının deposuna sürətlə, YDM «tapança»sının yuxarı sürətilə vururlar. Tələb edəndə ki, aşağı «skorist»lə vur, etiraz edirlər ki, bəs növbə var. Hətta əksər «tapança»ların aşağı həddə olan «skorist»i işləmir. Bunu hər kəs yoxlaya bilər».

Sürücülər eyni zamanda 92 oktanlıq benzinin qiymətinin aşağı salınmasını da tələb edirlər: «Əgər bu vaxta qədər bizi aldadıb daha keyfiyyətsiz benzin satıblarsa, hətta bunun kompensasiyasını da ödəməlidirlər. Biz bilirik ki, təzminatı kimsə verməyəcək. Amma keyfiyyət artıq aşağıdırsa, o zaman qiymət də aşağı olmalıdır».

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt