Əsas Səhifə > Dünya > MONTENEQRODA VƏZİYYƏT DƏYİŞMƏDİ

MONTENEQRODA VƏZİYYƏT DƏYİŞMƏDİ


9-04-2013, 10:05
MONTENEQRODA VƏZİYYƏT DƏYİŞMƏDİ
VUYANOVİÇ YENİDƏN PREZİDENT KÜRSÜSÜNDƏ

Monteneqro (Çernoqoriya) Dövlət Seçki Komissiyası aprelin 7-də keçirilmiş prezident seçkisinin nəticəsini açıqlayıb. “Media forum” saytının məlumatına görə, komissiya dövlət başçısı Filip Vuyanoviçin prezident seçildiyini bəyan edib: onun 51.2%, rəqibi Miodraq Lekiçin 48.8% faiz səs topladığı rəsmiləşdirilib.

58 yaşlı Filip Vuyanoviç müxtəlif illərdə Çernoqoriyada ədliyyə naziri, daxili işlər naziri, hökumət başçısı postlarını tutub. 2003-cü ildən prezident kürsüsündədir.

Geri qayıt