Əsas Səhifə > Güney Press, Araşdırma > GÜLƏR ƏHMƏDOVA İŞİNDƏ YENİLİK

GÜLƏR ƏHMƏDOVA İŞİNDƏ YENİLİK


9-04-2013, 10:09
GÜLƏR ƏHMƏDOVA İŞİNDƏ YENİLİK
TÜRKİYƏDƏN BAKIYA GƏLƏN VAR

Hazırda həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın Türkiyədəki yaxın adamı kimi tanınan Səlcuq Çağlayanın həbsiylə bağlı xəbər vermişdi. Türkiyə polisi S.Çağlayanı saxta sənəd düzəltməkdə ittiham edir və onun bir sıra ağır cinayətlərdəki iştirak səviyyəsi araşdırır. Bildirilir ki, Türkiyənin hüquq mühafizə orqanları həmçinin qardaş ölkədə müəmmalı şəkildə vəfat edən Sevinc Babayevanın ölümündə bu şəxsin rolunun olub-olmamasını da araşdırır.
Mənbəmizin məlumatına görə, Çağlayan istintaq ifadəsində Gülər Əhmədova ilə əlaqələri barədə olduqca ilginc məlumatlar verib. Qeyd edilir ki, bu məlumatlar təsdiqlənərsə cəmiyyətdə şok effekt verəcək.
Məlumatda o da bildirilir ki, Çağlayanın bu ifadələrinin dəqiqliyini yoxlamaq xüsusi istintaq qrupu Bakıya gələcək. Onlar Gülər Əhmədovanın işini araşdıran prokurorluğun əməkdaşları ilə görüşəcəklər. Bundan əlavə onların Bakıda fəaliyyət göstərən bəzi Türkiyə şirkətlərinin rəhbərlərini dindirəcəyi də aldığımız xəbərlər içərisindədir.
Məlumat üçün bildirək ki, G.Əhmədovanın cinayət ortağı olan və Türkiyədə müəmmalı şəkildə ölən Sevinc Babayevanı Türkiyədə məhz bu şəxs qarşılamışdı. Şübhə doğuran məqamlardan biri isə odur ki, S. Babayevanı xəstəxanaya da məhz bu şəxs çatdırmışdı və bu zaman onun üzərində saxta kimlik aşkarlanmışdı ki, bu da şübhələrin S.Çağlayanın üzərinə yönəlməsinə yol açır. Çünki hazırda bu şəxs məhz “saxta sənədlər düzəltmək” ittihamıyla suçlanır.
Məlumat üçün bildirək ki, bir neçə dəfə Azərbaycan mətbuatına qısa müsahibə verən S.Çağlayan video qalmaqalından xəbərsiz olduğunu və Sevinc Babayevaya sadəcə insanlıq xatirinə kömək etdiyini bildirmişdi.
S.Babayevanın oğlu isə S.Çağlayanın Gülər Əhmədova ilə iş əlaqələrinin də olduğunu bildirərək anasını ölümündə onun açar rolunu oynadığını vurğulamışdı. \ Bizimxeber.az \

Geri qayıt